ELM VƏ TƏHSİL


“Ən yaxşı təqdimat” müsabiqəsi yekunlaşıb

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqilliyi və xoşbəxt gələcəyi naminə danılmaz xidmətlərindən bəhs edib.

Təhsil naziri Emin Əmrullayev müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin təhsilin inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini, təhsil sahəsinin cəmiyyətdə rolunu və əhəmiyyətini yüksək qiymətləndirdiyini xatırladıb. Nazir qalibləri təbrik edərək, onlara uğurlar arzulayıb.

Qalib şagirdlər öz təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər I, 10 nəfər II, 15 nəfər III dərəcəli diplom, 20 nəfər isə həvəsləndirici tərifnaməyə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.