ELM VƏ TƏHSİL


“Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsi keçirilir

Bakı, 15 aprel, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsinə başlanılıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunur.

Müsabiqənin ölkə mərhələsində respublikanın bütün bölgələrindən 103 şagird iştirak edir. Şagirdlər Təhsil Nazirliyində yaradılmış işçi qrupunun qarşısında 10 dəqiqəlik təqdimat edir. Onların çıxışları əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında maksimum 10 balla qiymətləndirilir.

“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, şagirdlər diplom, tərifnamə və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.