DÜNYA


Ən yüksək maaşlı 10 məşhur: Teylor Svift, Kayli Cenner, Kanye Uest və başqaları

Bakı, 11 iyul, AZƏRTAC

Amerikanın Forbes jurnalı ilin ən yüksək maaşlı 100 ulduzunun reytinq cədvəlini nəşr edib.

AZƏRTAC xəbər verir ki, reytinqə il ərzində 185 milyon ABŞ dolları qazanan amerikalı müğənni Teylor Svift başçılıq edir. Ondan 15 milyon dollar az qazançı olan model Kayli Cenner siyahıda ikinci yerdə qərarlaşıb. İlk üçlüyə, həmçinin illik 150 milyon gəlirlə reper Kanye Uest daxildir. Ötən ilin lideri boksçu Floyd Meyvezer bu dəfə reytinqə düşməyib.

Siyahıda sonrakı yeddi yeri müvafiq ardıcıllıqla futbolçu Lionel Messi (127 milyon dollar), müğənni Ed Şiran (110 milyon), futbolçular Kriştiano Ronaldo (109 milyon) və Neymar (105 milyon), Eagles musiqi qrupu (100 milyon), teleaparıcı Fil Makqrou (95 milyon) və boksçu Kanelo Alvares (94 milyon) tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.