SİYASƏT


Ana Birçal: Regionun enerji təhlükəsizliyinin təmin olunmasına görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm

Bakı, 16 iyun, AZƏRTAC

Regionun enerji təhlükəsizliyinin təmin olunmasına görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.

AZƏRTAC xəbər verir ki, bunu Rumıniya Baş nazirinin sabiq müavini Ana Birçal IX Qlobal Bakı Forumu çərçivəsində “Enerji təhlükəsizliyinə cari təhlükələr: Onların xarakteri, miqyası və aradan qaldırılmasının səmərəli yolları” mövzusunda keçirilən panel iclasında deyib.

Rumıniya ilə Azərbaycan arasında münasibətləri yüksək qiymətləndirən Ana Birçal Azərbaycanın sadiq tərəfdaş olduğunu deyib. Cənub Qaz Dəhlizinin strateji layihə olduğunu deyən Baş nazirin sabiq müavini enerji sahəsində əməkdaşlığa görə Azərbaycana minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.