MƏDƏNİYYƏT


Ana dili gününə həsr edilmiş “dəyirmi masa” keçirilib

Bakı, 1 avqust, AZƏRTAC

İyulun 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanasnda 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru A.Kərimova Azərbaycan dili günü münasibətilə əməkdaşları təbrik edib. O, ana dilimizi qorumaq yolunda kitabxanada bir çox işlər görüldüyünü bildirib. Qeyd edib ki, silsilə olaraq şeir müsabiqələrinin və tədbirlərdə tamaşaların təşkili zamanı nitq mədəniyyətinə xüsusi diqqət yetirilir.

Çıxış edənlər bildiriblər ki, oxucular mütaliə edib bitirdikləri kitabları kitabxanaya təhvil verərkən onları obrazlı şəkildə təhlil edirlər. Nağıl otağında ana dilimizdə cizgi filmləri və dilimiz haqqında videoçarxlar daim nümayiş olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.