Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ana dili: xalqın varlığının ifadə forması

Ana dili: xalqın varlığının ifadə forması

Bakı, 28 iyul, AZƏRTAC

Xalqın əsrlər boyu formalaşan və əvəzsiz bir miras kimi nəsildən-nəslə ötürülən milli-mənəvi dəyərlərini, o sıradan dilini qorumaq, cəmiyyətin bu dəyərlər əsasında formalaşmasını təşkil etmək, onu müasir dövrün tələblərinə uyğunlaşdıraraq yaşatmaq və gələcək nəsillərə ötürmək qarşıda duran çox vacib vəzifələrdəndir.

Milli-mənəvi dəyərlərimiz sırasında xüsusi yeri olan Azərbaycan dili mövcud olduğu tarixi dövrlər ərzində həm zəngin inkişaf yolu keçmiş, həm də müəyyən vaxtlarda ciddi təsir və təzyiqlərə məruz qalmışdır.

Bu fikirlər Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun “Ana dili: xalqın varlığının ifadə forması” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

Xalqın varlığının ifadə forması olan ana dili keçmişi bu günə, bu günü gələcəyə çatdıran çox güclü və qüdrətli bir vasitə olmaqla onun cəmiyyətdəki mövqeyi dövlətçiliklə birbaşa bağlıdır. Dövlətçilik zəminində dilin cəmiyyətdəki rolu artmaqla bərabər, ifadə imkanları, nüfuzu artır, şifahi və yazılı dil arasındakı vəhdət yaxşılaşır. Dil dövlətçiliklə müşayiət olunmadıqda adi məişət dili səviyyəsində qalır və tədricən cəmiyyətdəki mövqeyinin itirilməsinə gətirib çıxarır.

Dilimizin inkişafına dövlət səviyyəsində ilk qayğı Azərbaycan Xalq Cümhuriyyəti dövründə göstərilsə də, Cümhuriyyətin ömrü uzun olmadığından dil haqqında tədbirlər də milli əsaslarla davam edə bilməmiş, Azərbaycanda Sovet hakimiyyətinin yaranması ilə bu tədbirlərə son qoyulmuş, Azərbaycan dilinə dövlət qayğısı birdəfəlik aradan götürülmüşdür.

Bütün bunlara baxmayaraq, əsrlərin sınaqlarından döyüşə-döyüşə gələn, başqa dillərin assimilyasiyasına qarşı dözümlülüyü ilə fərqlənən Azərbaycan dili öz inkişafını dayandırmamış, dövrün mədəni və zəngin dillərindən birinə çevrilmişdi.

1950-ci illərin sonlarında bu sahədə yenidən rəsmi bir oyanış başlamış, Azərbaycan dilinin dövlət idarələrində tətbiqinin zəruriliyi irəli sürülmüşdü. Lakin hazırlıqsız görülən bu işlər ciddi müqavimətlə rastlaşmış, hətta müəyyən qədər geriləmə baş vermişdi.

1969-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilməsi ilə dilimiz öz inkişafının yeni-həlledici mərhələsinə qədəm qoydu. Bu gün Azərbaycan ictimai fikrində birmənalı şəkildə etiraf olunan həqiqət bundan ibarətdir ki, xalqı milli müstəqilliyə doğru aparan yol 1969-cu ildən, yəni, ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilməsi tarixindən başlayır. Ulu Öndər daim xalqının milli maraq və mənafeləri uğrunda cəsarətlə mübarizə aparmış, xalqda tarixi keçmişi, milli kimliyi, dili, dini, ədəbiyyatı, tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri, bütövlükdə milli-mənəvi dəyərləri və düşüncə sistemi barədə dolğun təsəvvürlər yaratmaqla müstəqil dövlətçilik şüurunun formalaşmasına çalışmışdır.

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi seçiləndən sonra onun ziyalılarla ilk geniş görüşü Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyində olmuş, Heydər Əliyev belə bir mötəbər yığıncaqda çıxışını Azərbaycan dilində etmişdi. O dövr üçün bu hadisə idi. Sonradan Heydər Əliyevin Azərbaycan dilində çıxışları müntəzəm şəkil almış, hətta 1974-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə dördcildlik Azərbaycan dili dərsliklərinə görə altı nəfər Azərbaycan dili müəlliminə Dövlət mükafatı laureatı adı verilmişdi.

Sovet hakimiyyətinin mənəm-mənəm dediyi vaxtlarda belə bir addımın atılması təbii ki, Heydər Əliyevin cəsarəti idi. Ulu Öndər bütün bunları edərək cəmiyyətə mesaj verdi ki, milli varlığımızın, milli-mənəvi dəyərlərimizin əsası olan dilimizi sevməyin, onu qoruyub saxlamağın, inkişaf etdirməyin yolu, ilk növbədə, bu dildə danışmaqdan keçir və Sənin dilin böyük salonlarda böyük tribunalardan səslənməyə layiq dildir.

Nəhayət, 1978-ci ildə Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Azərbaycan dili Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dili kimi rəsmiləşdirildi.

Ümummilli Lider ovaxtkı SSRİ rəhbərliyi ilə apardığı kəskin mübarizə və müsahibələrdən söz açaraq demişdir: “O vaxt mən Sovet İttifaqının rəhbərliyi ilə, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar aparırdım. Sübut etməyə çalışırdım ki, biz dövlət dilimizin Azərbaycan dili olduğunu öz Konstitusiyamiza yazmalıyıq və yazacağıq. Moskvada bir neçə dəfə müzakirələr oldu. Cürbəcür fikirlər səsləndi və həmin fikirlərin əksəriyyəti ondan ibarət idi ki, belə olmamalıdır. Ancaq biz buna nail olduq və 1978-ci ildə, səhv etmirəmsə, aprel aynda Konstitusiyanı qəbul etdik. Həmin Konstitusiyada yazıldı ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dildir.

Ulu Öndər dilin mənəvi, tərbiyəvi, ideoloji xarakter daşıdığını belə ifadə etmişdir: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”, “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”.

Beləliklə, Azərbaycan dilinin hərtərəfli inkişafı uğrunda mübarizənin əsasları 1970-ci illərdə qoyulmuş oldu.

1993-cü ildə Heydər Əliyevin yenidə hakimiyyətə qayıdışı ilə Azərbaycan dilinə dövlət qayğısı yeni mərhələyə qədəm qoydu. Ümummilli Liderin ana dili ilə bağlı tələbi belədir: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini mükəmməl bilməlidir”.

Heydər Əliyev dövrün tələblərini də nəzərə alır, gənclərə məsləhət görürdü ki, xarici dilləri də öyrənsinlər, dünyaya çıxmaq üçün müasir elmi və siyasi informasiyanı qəbul etmək üçün bu, vacib vasitədir, ancaq hər bir azərbaycanlı, birinci növbədə, öz ana dilinə yiyələnməli, Azərbaycan ədəbi dilində yazmağı və danışmağı bacarmalıdır.

Ulu Öndərin bilavasitə rəhbərliyi və iştirakı ilə hazırlanıb qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında yazılmışdır: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir”.

Ümummilli Lider demək olar hər çıxışında ana dili, Azərbaycan dilçiliyi məsələlərinə toxunur, bir an belə bu problemi yadından çıxarmırdı.

2000-ci il iyunun 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” imzaladığı Fərman Azərbaycan dilinin inkişafı, tədqiqi, tətbiqi və təbliği barəsində indiyədək misli görünməmiş tarixi bir hadisə idi. Həmin fərman dilçilərin, tarixçilərin, etnoqrafların, yazıçıların, elm və mədəniyyət xadimlərinin üzərinə böyük bir məsuliyyət qoyurdu.

Fərmanda Azərbaycan dilinin dünyanın ən zəngin və ən qədim dillərindən olduğu xüsusi vurğulanır, onun keçdiyi inkişaf yollarına nəzər salınır, ayrı-ayrı tarixi mərhələlərdə Azərbaycan dilinin mövqeyi qeyd edilir, Azərbaycan ədəbi dili, onun ayrı-ayrı üslublarının meydana gəlməsi haqqında, xüsusən XX əsrdə Azərbaycan ədəbi dilinin zənginləşməsi haqqında məlumat verilir və bir daha təsdiqlənir ki, Azərbaycan ədəbi dili müasir elmi və siyasi düşüncənin ifadəsi üçün bütün imkanlara malik olan imkanlı bir dildir. Fərmanda oxuyuruq: “Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımızın ulu babalarından miras qalan bu ən qiymətli milli sərvətini hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur”.

Bu sətirlər bir daha onu deyir ki, xalqla dil bir-birindən ayrılmazdır, dil xalqın varlıq formasıdır, xalqın tarixən keçdiyi yollarda onunla inkişaf edib zəmanəmizə gəlmişdir. Bu gün Azərbaycan dili ən dərin fikirləri çalarlarınadək aydın bir şəkildə ifadə etmək imkanına malikdir.

Fərmanda Azərbaycan Respublikasında dövlət dili haqqında qanunun hazırlanması və latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi ilə bağlı konkret göstərişlər verilmişdir.

Fərmandan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Prezidentin 4 iyul 2001-ci il tarixli Sərəncamı ilə Dövlət Dil Komissiyası yaradılmış, 2001-ci il 9 avqust tarixli Fərmanla hər il avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edilmişdir.

Bundan əlavə, dövlət dilinin tətbiqi işinin əməli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə 30 sentyabr 2002-ci ildə Prezident Heydər Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmiş, həmçinin 2003-cü il yanvarın 2-də “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Fərman verilmişdir.

“Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu Heydər Əliyevin 1969-cu ildən başlayaraq açıq və örtülü şəkildə həyata keçirdiyi milli siyasətin tərkib hissələrindəndir, 1991-ci ildən, real olaraq 1993-cü ildən başlayan müstəqilliyimizin bəhrəsidir. Bu, Azərbaycan Respublikası Konstitusiyasının dövlət dili haqqında maddəsinin həyata keçirilməsi idi.

Milli-mənəvi dəyərlər sırasında ana dilinə böyük önəm verməsinin səbəbini Ulu Öndər belə izah edir: “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz, öz klassiklərinin əsərlərini öz ana dilində oxuya bilməz, əgər onları oxuya bilməsə, tariximizi bilməyəcək; onları oxuya bilməsə, mədəniyyətimizi bilməyəcək, milli-adət-ənənələrimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaqdır. Xalqın, millətin, insanın öz ana dilindən əziz, heç bir şey ola bilməz...”.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu, Heydər Əliyev siyasəti bu gün İlham Əliyev tərəfindən böyük əzm və səbirlə davam etdirilir.

Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli və “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini Azərbaycan dilində nəşr etdirilməsi haqqında” 2007-ci il 24 avqust tarixli sərəncamlarına əsasən, Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş Azərbaycan və dünya klassiklərinin əsərlərinin qısa müddət ərzində müasir tələblərə cavab verən bir biçimdə latın qrafikalı yeni əlifba ilə nəşr edilərək ölkə kitabxanalarına hədiyyə edilməsi, digər bir sərəncamla 25 cildlik Azərbaycan Milli Ensiklopediyasının hazırlanması dilimizin, elm və təhsilimizin tarixində böyük bir hadisədir.

Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” dövlətimizin, Prezidentimizin dövlət dilinə olan yüksək qayğısının təcəssümüdür. Fikrimizcə, məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdən ibarət olan bu Proqram dilimizə olan dövlət qayğısının yeni mərhələsinin başlanğıcı kimi də dəyərləndirilməlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyindəki nitqində dilimizlə, bütövlükdə milli-mənəvi dəyərlərimizlə bağlı nitqi biz elm, təhsil adamları qarşısında məsul vəzifələr qoyur: “Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik...”

Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyində Azərbaycan dili barədə səsləndirdiyi fikirlər, bütövlükdə Azərbaycan Respublikasında 1969-1982-ci illərdə və 1993-cü ildən bu günə kimi yürüdülən mədəniyyət və dil siyasətinin ayrılmaz tərkib hissəsi və növbəti yüksək mərhələdə məntiqi davamıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı, həmçinin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı dövlət dilinin saflığının qorunması, onun hüdudsuz imkanlarından yetərincə istifadə edilməsi, televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dil normalarına, leksik və qrammatik qaydalara əməl edilməsinin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir, dilə dövlət qayğısının bariz nümunəsidir.

Prezident İlham Əliyevin fenomenal liderlik keyfiyyətləri sayəsində böyük iqtisadi yüksəlişə nail olan, demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin yaradılması yolunda inamla irəliləyən Azərbaycan indi özünün inkişafında tamamilə yeni bir mərhələyə qədəm qoymuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO