MƏDƏNİYYƏT
Ana dilimizdə ekranlaşdırılmış İran filmləri bakılı kinosevərlərə təqdim olunacaq
Bakı, 23 may, AZƏRTAC
Mayın 29-dan etibarən Mədəniyyət və İncəsənət Universitetində ana dilimizdə ekranlaşdırılmış İran filmləri təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, “Sərhədsiz kino” silsiləsindən filmlərin təqdimatı mayın 31-dək davam edəcək. Tanınmış iranlı kinorejissor Rıza Siami həmkarlarının lentə aldıqları ekran əsərləri ilə bağlı bunları deyib: “Kinosevərlər üç gün davam edəcək nümayişlərdə gənc rejissorların ərsəyə gətirdikləri 14 qısametrajlı filmə baxa biləcəklər. Təbriz, Ərdəbil və Urmiyadan olan rejissorların Azərbaycan dilində ekranlaşdırdığı filmlər təqdim ediləcək. Onlardan dördü sənədli, onu isə bədii filmdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]