CƏMİYYƏT


Ana öz böyrəyini qızına bağışlayıb

Bakı, 22 yanvar, AZƏRTAC

Respublika Müalicəvi Diaqnostika Mərkəzində uğurlu böyrəkköçürmə əməliyyatı aparılıb. Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib.

Cərrahın dediyinə görə, 28 yaşlı xəstəyə öz böyrəyini bağışlayan anası bütün tibbi göstəricilərə görə marginal, yəni standartlara uyğun olmayan donor olub. Lakin buna baxmayaraq klinika mütəxəssislərinin birgə səyi nəticəsində əməliyyat uğurla başa çatıb. Xəstə və donor tamamilə yaxşı vəziyyətdə evə göndəriliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.