MƏDƏNİYYƏT


“Ana” pyesinin səhnə həyatı maraqla qarşılanıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük dramaturq Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsəri tamaşaçılara təqdim olunub.

AZƏRTAC xəbər verir ki, tamaşa ana rolunun ifaçısı, Əməkdar artist Nübar Novruzovanın 60 illik yubileyinə həsr edilib. Tamaşanın təqdimatından əvvəl aktrisanın həyat və yaradıcılığına həsr edilmiş videoçarx nümayiş olunub.

Səhnə əsərinin quruluşçu rejissoru, Azərbaycan və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır.

Teatrın istedadlı aktrisası, Əməkdar Artist Nübar Novruzovanın benefis-tamaşası olan səhnə əsərində rolları Əməkdar artist Elnur Kərimov, aktyorlar İradə Rəşidova, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva və Aydın Dəmirov ifa ediblər.

Böyük dramaturq H.Cavidin “Ana” əsəri azərbaycanca yazılmış ilk mənzum dram sayılır. Şair-dramaturq həmin səhnə əsərini 1910-cu ildə tamamlayıb. Dramın qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları tərənnüm olunur. Humanist ideyaların carçısı olan ananın qəlbi sanki mərhəmətdən, insanpərvərlikdən yoğurulub. O, hətta oğlunun qatilini belə bağışlaya biləcək qədər geniş ürəyə malikdir. Pyesdə xeyirlə şər, qəddarlıqla mərhəmət üz-üzə qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.