CƏMİYYƏT


Ana südü ilə qidalanan uşaqlara su vermək tövsiyə edilmir

Bakı, 3 avqust, AZƏRTAC

Bəzi həkimlər ana südünü möcüzə adlandırır. Ana südü uşağa olduğu qədər ana üçün də olduqca faydalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov nazirliyin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı deyib.

“Doğuşdan sonrakı ilk günlərdə fərqli tərkibdə süd ifraz olunur. Buna ağuz südü deyilir. Ağuz südü faydalı zülallarla zəngindir. Bu zülallar uşağın immunitet səviyyəsini artırır. Körpələri viruslara, ağciyər və mədə-bağırsaq infeksiyalarına qarşı qoruyur. Onların zehni inkişafına təsir edir, allergik xəstəliklərin qarşısını alır. Süd vermək analar üçün də olduqca faydalıdır. Analarda gələcəkdə yarana biləcək süd vəzi xərçənginin qarşısını alır. Sümük sistemini gücləndirir. Qan təzyiqi problemini aradan qaldırır.

Süd verən analar sağlam qidaları istehlak etməlidir. Onların qəbul etdiyi qidalar ana südünün dadına təsir edir. Eyni zamanda, bol maye qəbulu vacibdir. Maye ana südünün miqdarını artırır.

1980-ci illərə qədər ana südü ilə yanaşı uşaqlara şirin su verilirdi. Lakin aparılan tədqiqatlar göstərir ki, ana südünün tərkibində uşağa kifayət edəcək qədər su var. Süd ilə yanaşı su qəbulu körpələri yeməkdən imtina etdirə bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.