CƏMİYYƏT


Ana südü uşaq üçün nadir və ideal qidadır

Bakı, 4 iyul, AZƏRTAC

Ana südü asan həzm olunan və infeksiyalardan qoruyucu xüsusiyyətləri ilə seçilən zülallarla zəngindir. Tərkibində olan dəmir, sink kimi mineralların miqdarı, inək südü ilə müqayisədə daha çoxdur. Ana südündə xüsusi yağ turşuları var ki, onlar uşağın inkişafı üçün olduqca vacibdir. Ana südü uşaq üçün nadir və ideal qidadır.

AZƏRTAC Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, ana südündə həzmi asan olan doymamış yağ turşularının səviyyəsi yüksəkdir. Bütün zəruri qida maddələrini, vitaminləri və mineralları uşaq ana südü ilə qəbul edir. Buna görə də ananın rasionu kifayət qədər kalorili, rəngarəng, minerallar və vitaminlərlə zəngin olmalıdır. Yaxşı olar ki, qəbul edilən kalori yağsız ət, tərəvəzlər, meyvələr, bütöv dənli çörək, yarmalar və ağartı məhsulları hesabına olsun. Qeyd edək ki, ananın qidalandığı yeməklərin dadı südə tam verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.