CƏMİYYƏT


Ana südünün qoxusu və dadı yeyilən qidalardan asılı olaraq dəyişir

Bakı, 31 oktyabr, AZƏRTAC

Ana südü uşağın inkişafı və sağlam qidalanması üçün əvəzolunmaz nemətdir. Ana südünün faydalı olması hər kəsə məlum olsa da, bu barədə bəzi vacib və maraqlı faktları bilmək də yararlı olardı.

AZƏRTAC ana südü haqqında maraqlı məlumatları təqdim edir.

Bir dəfə ana südü ilə əmizdirmə zamanı 500-600 kalori enerji sərf olunur.

Ana südünün tərkibinin 87 faizi sudan təşkil olunduğu üçün o, qida olmaqla yanaşı, uşağın suya olan tələbatını tamamilə ödəyir.

Ana südünün tərkibində körpənin infeksiyaya qarşı mübarizə aparmasına kömək edən antikorlar və canlı ağ qan hüceyrələri var. Ana və ya körpə xəstələnəndə ana südündəki bu hüceyrələrin miqdarı artır.

Ağız südü (ilk ana südü) körpənin bağırsaq sistemini örtən xüsusi zülallardan ibarətdir ki, bunlar da körpəni zərərli bakteriyalardan qoruyur.

Əmizdirmə zamanı beyin prolaktin və oksitosin hormonlarını ifraz edir ki, bu da körpə ilə emosional əlaqə qurmağa, həmçinin stres atmağa kömək edir.

Ana südünün qoxusu və dadı yeyilən qidalardan asılı olaraq dəyişir. Körpə ana südü vasitəsilə müxtəlif qoxu və dadla tanış edilərsə, o, gələcəkdə qidalara qarşı daha az seçici yanaşacaq.

Körpə əlavə qidalanmaya keçdikdə, yeməyin tərkibindəki inək südü əvəzinə ana südü istifadə edilə bilər.

Ana südü həmişə ağ olmur. Nə yeyildiyindən və ya içildiyindən asılı olaraq mavi, yaşıl, sarı, çəhrayı və ya narıncı ola bilər. Narahat olmağa dəyməz, çünki bunun körpəyə ziyanı yoxdur.

Ana südünün miqdarı süd vəzisinin ölçüsündən asılı deyil.

Ana südünün miqdarı böyüyən körpənin ehtiyaclarını ödəmək üçün daim dəyişir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.