MƏDƏNİYYƏT


“Ana və Oğul” İtaliyada keçirilən film festivalda nümayiş olunacaq

Triest, 17 yanvar, AZƏRTAC

İtalyanın Triest şəhərində 31-ci Triest Film Festivalı keçirilir.

AZƏRTAC xəbər verir ki, yanvarın 17-dən 23-dək reallaşacaq festival görkəmli rejissor Federiko Fellininin xatirəsinə həsr olunub. Bu dəfəki festivalın üçüncü günündə azərbaycanlı rejissor Hilal Baydarovun yeni tammetrajlı filmi - “Ana və Oğul” da nümayiş etdiriləcək.

Film kənddə yaşayan ananın 8 illik ayrılıqdan sonra oğlu ilə görüşməsi və bu fonda baş verən hadisələr barədədir. Yeknəsəq kənd həyatı içində ana və oğulun münasibətlərindəki fəlsəfə, şəxsi anlaşılmazlıq, özünüironiya filmin əsas qayəsini təşkil edir.

Festivalda 11 italyan filmi ilə yanaşı, həm də digər Avropa ölkələrinin istehsalı olan onlarla filmin nümayişi nəzərdə tutulub.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Triest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.