CƏMİYYƏT


Anadangəlmə ürək qüsuru olan 25 yaşlı gənc uğurla əməliyyat olunub

Bakı, 25 aprel, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında anadangəlmə ürək qüsuru olan 25 yaşlı gənc uğurla əməliyyat olunub.

AZƏRTAC xəbər verir ki, klinikanın ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Mirəli Məcidovun verdiyi məlumata görə, xəstə təngnəfəslik şikayəti ilə müraciət edib: “İlkin müayinədə exokardioqrafiya zamanı qulaqcıqlararası çəpər defekti və anormal pulmonal dönüş anomaliyası ilə bağlı şübhə yarandı. Daha dəqiq diaqnoz üçün kompüter tomoqrafiyası aparılandan sonra diaqnoz təsdiqləndi”.

Klinikanın həkimləri xəstə üzərində əməliyyat aparılması qərarına gəldilər. Əməliyyat zamanı məlum olub ki, pulmonal venalardan gələn qan yuxarı boş venaya tökülür. Mürəkkəb əməliyyat nəticəsində pulmonal venalardan axan qan ürəyin sol tərəfinə yönəldilib, sonra venakava superyor plastika edilib.

Həkimlər xəstənin bir neçə gündən sonra evə buraxılacağını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.