ELM VƏ TƏHSİL
“Anadır arzulara hər zaman Qarabağ” sərgisində 200 şəhid və 15 qaziyə məxsus materiallar təqdim olunub
Bakı, 14 yanvar, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Anadır arzulara hər zaman Qarabağ” sərgisində 200 şəhid və 15 qaziyə məxsus materiallar (şəxsi əşyaları, fotoşəkilləri, sənədləri və s.) təqdim olunub.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, sərgi, eyni zamanda, Azərbaycan Respublikasının güc strukturları tərəfindən muzeyə verilmiş materiallar, Ermənistan ordusundan qənimət götürülmüş hərbi geyim, ləvazimat, sənədlər və s. əsasında təşkil olunub.
Sərgidə Vətən müharibəsinin mərhələlərini əks etdirən məlumat panelləri nümayiş etdirilib.