SİYASƏT


Anadolu Agentliyi: Azərbaycan xalqı İlham Əliyevin islahatlarını dəstəkləyir

Ankara, 10 aprel, AZƏRTAC

Türkiyənin Anadolu Agentliyi Fransanın nüfuzlu və peşəkar tədqiqat mərkəzlərindən biri olan “Opinion Way” şirkətinin Azərbaycan Prezidentinin son 1 il ərzindəki fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğusunun nəticələri barədə məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, agentlik məlumatı “Azərbaycan xalqı İlham Əliyevin islahatlarını dəstəkləyir” sərlövhəsi ilə təqdim edib.

Məlumatda bildirilir ki, sorğunun “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib.

Anadolu Agentliyi sorğu blankında olan digər sualların cavabları barədə də oxuculara ətraflı məlumat verib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.