CƏMİYYƏT


Anadolu Agentliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müntəzəm avtobus reyslərinin başlanması barədə geniş məlumatlar yayıb

Ankara, 24 yanvar, AZƏRTAC

Türkiyənin Anadolu Agentliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə yanvarın 24-dən sərnişin avtobuslarının müntəzəm reyslərinin başlaması barədə geniş məlumat və xüsusi hazırlanmış videomaterial yayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə ictimaiyyətinə səfərlərin Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa və Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası avtobus marşrutları ilə yerinə yetirildiyi barədə məlumat verilir.

Videomaterialda vətənimizin ayrılmaz parçası olan bölgələrə səfər edən soydaşlarımızın tükənməz sevinc hissi tərənnüm olunur və süjet Azərbaycan xalqının milli birlik şüarlarına flaqmanlıq edən “Qarabağ Azərbaycandır!” ifadəsi ilə tamamlanır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.