DÜNYA
Anadolu Agentliyinin müxbiri Hələbdə həlak olub VİDEO
İstanbul, 9 oktyabr, AZƏRTAC
Anadolu Agentliyinin Suriya üzrə müxbiri Salih Mahmud Leyla Hələb bölgəsinin Hıreytan rayonunda bomba qoyulmuş avtomobilin partladılması nəticəsində həlak olub. Bildirilir ki, jurnalist İŞİD qruplaşması tərəfindən törədilən terror aktı nəticəsində dünyasını dəyişib.
Agentliyin məlumatına görə, cari ilin iyulunda Hələbdəki silahlı münaqişələri işıqlandırarkən yaralanan 27 yaşlı Salih Mahmud Leyla Türkiyədə müalicə olunandan sonra yenidən fəaliyyətə başlamışdı. O, Suriyadakı silahlı münaqişələrdən çoxlu sayda foto və videolar lentə almış, yüzlərlə məxsusi reportajlar hazırlamışdı.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [21:30]
Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]