CƏMİYYƏT


“Anadolu Aydınlar Ocağı”nın Azərbaycanla əlaqələrinin inkişafı məsələləri müzakirə edilib

İstanbul, 15 aprel, AZƏRTAC

İstanbulda “Anadolu Aydınlar Ocağı”nın X Konqresi keçirilib.

AZƏRTAC xəbər verir ki, hər üç ildən bir baş tutan konqresdə “Anadolu Aydınlar Ocağı”nın Azərbaycan, Rumıniya və Krım aydınlar ocaqları ilə birgə fəaliyyət və layihələrinin daha da genişlədilməsi məsələləri müzakirə olunub. Azərbaycanla birgə fəaliyyətini davam etdirən “Aydınlar Ocaqları”, “Mübarizə Qaziləri” və digər strateji platforma işlərinə daha çox əhəmiyyət verilməsinin vacibliyi qeyd edilib. Bildirilib ki, bu istiqamətdə fəaliyyətlərin universitetlər arasında inkişaf etdirilməsi Balkanlar və Orta Asiya türk dövlətlərini əhatə edəcək şəkildə genişləndirilməsi baxımından çox vacibdir.

Konqresdə professor İbrahim Öztek yenidən “Aydınlar Ocağı”nın sədri seçilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.