SİYASƏT


Anadolu agentliyi Azərbaycan həqiqətlərini dünyaya 12 dildə çatdırır

Ankara, 28 sentyabr, AZƏRTAC

Türkiyənin rəsmi Anadolu agentliyi Ermənistanın Azərbaycana qarşı törətdiyi son təxribatlar nəticəsində iki ölkə arasında yaranmış hərbi qarşıdurma barədə məlumatları, eləcə də ölkəmizə dair həqiqətlərin bütün əsas məqamlarını dünya ictimaiyyətinə 12 dildə çatdırır.

AZƏRTAC xəbər verir ki, məlumatlar türk, ingilis, Bosniya, rus, alban, fransız, ərəb, fars, İndoneziya, ispan, Makedoniya və kürd (ərəb və latın əlifbaları) dillərində operativ qaydada agentliyin internet saytında yerləşdirilir.

Son iki gündə baş verən hadisələr, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları, dövlətimizin qəbul etdiyi qərarlar, eləcə də Prezident Rəcəb Tayyib Ərdoğanın timsalında Türkiyə dövlətinin qardaşlıq dəstəyi barədə xəbərlər məlumatların ana xəttini təşkil edir. Xəbərlər video və fotolarla təqdim olunur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.