SİYASƏT
Anadolu agentliyi: Azərbaycanın memarı Heydər Əliyev 98 yaşında anılır
Ankara, 10 may, AZƏRTAC
Türkiyənin Anadolu agentliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə geniş və əhatəli məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, türk və rus dillərində yazılan məlumatlara əlavə olunmuş infoqrafikalarda xalqımızın xilaskar oğlunun bioqrafik məlumatları oxuculara müfəssəl qaydada çatdırılıb.
“Azərbaycanın memarı Heydər Əliyev 98 yaşında anılır” sərlövhəli xəbər “Azərbaycanın suverenliyini təmin etdi”, “iqtisadi inkişafın təməlini qoydu”, “ən böyük vəsiyyəti həyata keçdi” altbaşlıqları ilə təqdim olunub.
Yazının sonuncu “ən böyük vəsiyyəti həyata keçdi” sərlövhəli hissəsində diqqətə çatdırılır ki, Prezident İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusu torpaqları işğaldan azad etdi və dövlət başçısı savaşın başa çatması münasibətilə xalqa müraciətində “Ata vəsiyyətini yerinə yetirdim”,- deyib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara