SİYASƏT


Anadolu agentliyi: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqları işğaldan qurtardı.
Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi

Ankara, 12 dekabr, AZƏRTAC

Türkiyənin Anadolu Agentliyi ümummilli lider Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar geniş həcmli analitik məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanın ümummilli lideri Heydər Əliyev” sərlövhəsi ilə təqdim olunan məqalədə diqqətə çatdırılır ki, sovetlər dövründə və müstəqilliyin bərpasından sonra bütün fəaliyyətini xalqına və ölkəsinə həsr edən Heydər Əliyev azərbaycanlıların böyük rəğbətini qazanmağa nail olub. Qeyd olunur ki, Dağlıq Qarabağ müharibəsinin davam etdiyi və iqtisadi böhranın mövcud olduğu bir dövrdə siyasi hakimiyyətə gələn Heydər Əliyev xilaskarlıq missiyası həyata keçirib. Bütün bunlara görə, Azərbaycan xalqı tərəfindən sevilir və insanların qəlbində yaşayır.

“Azərbaycanı suverenliyinə qovuşdurdu”, “İqtisadi inkişafın təməlini atdı”, “Vəsiyyəti yerinə yetirildi: torpaqlar işğaldan azad olundu” altbaşlıqlarla təqdim olunan məqalədə Ulu Öndərimizin müəyyən etdiyi uzaqgörən milli inkişaf strategiyasının ayrı-ayrı istiqamətləri təhlil olunur. Vurğulanır ki, ölkədə demokratik islahatlar həyata keçirən ümummilli lider Heydər Əliyev xalqın əksəriyyətinin dəstəyini qazanaraq prezident seçilib.

Məqalə belə tamamlanır: “Heydər Əliyevin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. Bütün bunları oğlu İlham Əliyevə vəsiyyət etmişdi.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqları işğaldan qurtardı. Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi”.

Məqalə Türkiyənin digər aparıcı media qurumları tərəfindən də dərc edilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.