SİYASƏT


Anadolu agentliyi Türkiyə Prezidentinin Şuşa səfəri ilə bağlı məlumatları oxucularına müxtəlif dillərdə çatdırıb

Ankara, 16 iyun, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Füzulidə Prezident İlham Əliyev tərəfindən qarşılanması, liderlərin təkbətək görüşü, Şuşa Bəyannaməsinin imzalanması, mədəniyyət paytaxtımızda keçirilən bədii proqram, göstərilən yüksək qonaqpərvərlik və səmimiyyət, səfərlə bağlı digər mühüm məqamlar Anadolu Agentliyi tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Anadolu agentliyinin təqdim etdiyi ənənəvi “60 saniyədə bu gün” rubrikasında Türkiyə dövlət başçısının Azərbaycana tarixi səfərindən fraqmentlər yerləşdirilib. Bu rubrikada xəbərlər türk, ingilis, rus və digər dillərdə yayımlanıb.

Səfərin təfərrüatını dünya ictimaiyyətinə geniş şəkildə təqdim edən agentlik diqqətə çatdırır ki, Azərbaycan düşmən tapdağında olan torpaqlarını qətiyyətlə işğaldan azad edib və Böyük Qayıdış üçün fundamental strategiya həyata keçirir.

Məlumatlarda, video və fotolarda aydın təsəvvür yaranır ki, prezidentlərin imzaladığı Şuşa Bəyannaməsi qardaşlığın, birliyin, həmrəyliyin rəhni, sülhün və inkişafın qarantıdır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.