SİYASƏT


Anadolu agentliyi “Xarıbülbül” festivalından xüsusi videomaterial yayıb VİDEO

Ankara, 13 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı və mayın 13-də təşkil olunan festivalın qala-konserti Türkiyənin Anadolu agentliyi tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, agentliyin hazırladığı “Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın simvol şəhərində duyğulu anlar yaşadı” sərlövhəli videomaterial türkdilli ictimaiyyətdə festivalın mahiyyəti barədə aydın təsəvvür yaradır.

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın füsunkar gözəlliyi, Qarabağın təbiətindən nadir görüntülər, festivalın əzəməti videomaterialda əksini tapıb.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.