DÜNYA


Anadolu agentliyinin uçuruma yuvarlanan əməkdaşının axtarışı zamanı iki hərbçi suya düşərək boğulub

İstanbul, 17 may, AZƏRTAC

Türkiyənin Anadolu agentliyinin uçuruma yuvarlanaraq itkin düşən əməkdaşı Abdülkadir Nişancının axtarışında iştirak edən iki hərbçi suya düşərək boğulub.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, axtarış-xilasetmə işlərində iştirak edən hərbçilərdən ikisinin itkin düşməsi səbəbindən bölgəyə əlavə xilasedici briqadalar cəlb olunub.

Görülən tədbirlər nəticəsində ölən əsgərlərin cəsədləri sudan çıxarılıb.

Qeyd edək ki, Abdülkadir Nişancı Bayburt ilə Trabzon arasında yerləşən Soğanlı dağındakı yolun qardan təmizlənmə işləri aparılan Derebaşı Virajları bölgəsində çəkiliş apararkən mayın 10-da qar uçqunu altında qalıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.