MƏDƏNİYYƏT
Anadolu coğrafiyasında ən əzəmətli məkanlardan biri olan Bayburt qalasından FOTOREPORTAJ VİDEO






















Bayburt, 23 iyul, AZƏRTAC
Türkiyənin Bayburt bölgəsində yerləşən eyniadlı qala bütövlükdə Anadolu coğrafiyasında ən əzəmətli məkanlardan biridir. Bayburtu türk xalqlarına sevdirən və ümumtürk məhəbbəti yaradan, cəlbedici edən mühüm məqamlardan biri Bayburt qalasıdırsa, digərləri də Dədə Qorqud və Bamsı Beyrək türbələrinin bu bölgədə olmasıdır.
AZƏRTAC xəbər verir ki, indiyədək hansı tarixdə və hansı hökmdar tərəfindən tikdirildiyi müəyyən edilməyən qədim Bayburt qalasının əzəmətinin seyri qürurvericidir və insanda mənəvi zənginlik yaradır.
Dədə Qorqud abidəsinin üstündəki yazıda məlumat verilir ki, məqbərə təqribən IX əsrdə inşa edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Bayburt