CƏMİYYƏT


Analitik Ekspertiza Mərkəzi ÜST-nın Bioloji Dərman Vasitələrinin Keyfiyyətinin Yoxlanılması üzrə Milli Laboratoriyalar Şəbəkəsinə üzv qəbul olunub

Bakı, 31 mart, AZƏRTAC

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tibb sahəsində müasir inkişaf tendensiyalardan xəbərdar olmaq və yenilikləri tətbiq etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əməkdaşlıq edir. ÜST-nin Bioloji preparatlar üzrə Milli Nəzarət Laboratoriyaları Şəbəkəsi 2016-cı ildə Niderlandda keçirilən müşavirədə prekvalifikasiya edilmiş peyvəndlərin sınağına məsul 21 milli peyvənd nəzarəti laboratoriyasının nümayəndələri tərəfindən yaradılıb.

AZƏRTAC xəbər verir ki, AEM ÜST-nin Bioloji preparatlar üzrə Milli Nəzarət Laboratoriyaları Şəbəkəsinə üzv qəbul olunub. Həmin qurumla əməkdaşlıq Mərkəzin Keyfiyyətin yoxlanılması Laboratoriyası üçün geniş təcrübə mübadiləsi imkanı verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.