CƏMİYYƏT


Analitik Ekspertiza Mərkəzində psixotrop maddələrin aptek təşkilatlarından buraxılması üzrə təlimatlandırma aparılıb

Bakı, 8 noyabr, AZƏRTAC

Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədilə yol verilir. Analitik Ekspertiza Mərkəzi (AEM) əczaçılıq sahəsində tənzimləyici orqan kimi “Zeytun Pharmaseuticals” Məhdud Məsuliyyətli Cəmiyyətinin aptek şəbəkəsinin psixotrop dərman vasitələrinin satışına xüsusi icazə almış apteklərinin provizorları və məsul şəxsləri üçün təlimatlandırma təşkil edib.

AEM-dən AZƏRTAC-a verilən məlumata görə, mərkəzin əczaçılıq subyektləri ilə iş şöbəsinin müdiri və müfəttişləri əczaçılara müxtəlif təlimatlar veriblər.

Qeyd olunub ki, psixotrop dərman preparatları üçün resept nüsxələri Səhiyyə Nazirliyinin təsdiq etdiyi formada, bütün bölmələri aydın xətlə doldurulmaqla latın və ya Azərbaycan dilində yazılmalıdır. Psixotrop dərman preparatlarına aid yazılmış reseptlər 15 gün müddətinə etibarlıdır. Fərdi tibbi fəaliyyəti ilə məşğul olan psixiatrlara psixotrop dərman preparatlarına aid güzəştli reseptlər yazmaq qadağandır. Həmçinin əczaçılara izah edilib ki, xroniki xəstələrə psixotrop dərman preparatları üçün resept nüsxəsi 1 ay müddətinə yazıla bilər, həm də reseptdə "xüsusi göstəriş" sözləri yazılmalı, həkimin imzası ilə və müalicə müəssisəsinin möhürü ilə təsdiq olunmalıdır. Miqdarı barədə hesabatı aparılan psixotrop dərman preparatları yazılan resept nüsxələri, qaimə və tələbnamələr dərman buraxan müəssisələrdə 1 il müddətində saxlanılmalı və sonra müvafiq qaydada akt tərtib olunaraq məhv edilməlidir.

Təlim zamanı iştirakçıların sualları da cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.