CƏMİYYƏT
Analitik Ekspertiza Mərkəzinin əməkdaşları Beynəlxalq Tibb Elmləri Cəmiyyətinin konqresində iştirak ediblər
Bakı, 10 yanvar, AZƏRTAC
Yaponiyanın Osaka şəhərində Beynəlxalq Tibb Elmləri Cəmiyyətinın konqresi keçirilib.
Analitik Ekspertiza Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, konqresdə mərkəzin qeydiyyat-ekspertiza şöbəsinin əməkdaşları Həmid Qurbanov və Fikriyyə İbrahimova iştirak ediblər.
Onlar Yaponiyanın Fukuoka şəhərindəki JBP (Japan Bio Products) zavodunda kosmetik vasitələrin, ampul və inyeksiyaların istehsal prosesi ilə tanış olub və istehsalda istifadə olunan avadanlıqlar haqqında məlumatlar əldə ediblər. Ölkəmizin mütəxəssisləri prosesin gedişi barədə yapon mütəxəssisləri ilə müzakirələr aparıb, şirkətin Seuldakı ofisində istehsal olunan məhsullar barədə ətraflı bilgilər alıblar.