CƏMİYYƏT


Analitik Ekspertiza Mərkəzinin əməkdaşları Yaponiyada keçirilən treninqlərdə iştirak ediblər

Bakı, 8 dekabr, AZƏRTAC

Analitik Ekspertiza Mərkəzinin əməkdaşları Yaponiyanın Dərman Vasitələri və Tibbi Cihazlar üzrə Agentliyinin əczaçılığın müxtəlif istiqamətlərinə həsr olunmuş treninqləri və “Bitki tərkibli dərman vasitələrinin keyfiyyətinin nəzarəti” seminarında iştirak ediblər.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, seminarda “Yaponiyada ənənəvi tibbin mövcud vəziyyəti”, “Müasir tibbi tədqiqatlarda bitki təbabətinin rolu”, “Yapon farmakopeyası”, “Qeyri-farmakopeal xam dərmanlar üçün Yaponiya standartları”, “Xammal və bitki mənşəli dərmanlar üçün istehsalın və marketinqin təsdiq meyarları və təlimatları”, “Bitki mənşəli dərmanların keyfiyyətinin yoxlanılması və istehsalının idarə edilməsi" mövzularında mühazirələr dinlənilib.

Treninqdə nəzəri biliklər verilməklə yanaşı, Toyama prefekturasında yerləşən zavodlara səfər, bitki tərkibli dərmanların istehsal prosesinin müşahidəsi və laborator avadanlıqda keyfiyyətinin yoxlanılması üçün testlər də təşkil edilib.

Seminarda iştirak edənlərə mövzu üzrə bir çox əhəmiyyətli materiallar, həmçinin Yaponiyanın Əczaçılıq və Tibbi Cihazlar Agentliyi tərəfindən müvafiq sertifikat təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.