DÜNYA
Analitiklərin qlobal informasiya təhlükəsizliyi xərcləri ilə bağlı proqnozu ürəkaçan deyil
Bakı, 19 iyun, AZƏRTAC
“Gartner” analitik şirkətinin analitiklərinin informasiya təhlükəsizliyi və riskləri idarəetmənin təmin olunması üçün texnologiyalara qlobal xərclər üzrə proqnozu ürəkaçan deyil.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 2019-cu ilin dekabrında mütəxəssislər 2020-ci ildə informasiya təhlükəsizliyi texnologiyaları üzrə xərclərin 8,7 faiz artacağını bildiriblər. İndi isə 2,4 faiz səviyyəsində artım gözlənilir.
"Biz təxmin edirik ki, COVID-19 pandemiyasına görə IT sahəsinin digər istiqamətləri kimi informasiya təhlükəsizliyi sektoru da zərərə məruz qalacaq. Ümumilikdə 2020-ci ildə kibermüdafiə üçün proqram təminatı və xidmətlərə xərclərin artım tempində azalma gözləyirik”, - deyə “Gartner”in vitse-prezidenti Gartner Lourens Pinqri bildirib.
Bununla yanaşı, mütəxəssislər qeyd ediblər ki, “bulud” texnologiyaları və abunə xidmətlərindən istifadənin genişlənməsi informasiya təhlükəsizliyi bazarının bəzi seqmentlərinə şərait yaradır. Məsələn, “bulud” texnologiyalarında kibertəhlükəsizlik həllərinə xərclərin 30 faiz artımı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]