Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Anar Ələkbərov: Formula-1 yarışları Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini dünyaya bir daha nümayiş etdirdi

Anar Ələkbərov: Formula-1 yarışları Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini dünyaya bir daha nümayiş etdirdi

Bakı, 23 iyun, AZƏRTAC 

Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov Bakının ev sahibliyi etdiyi Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar “Trend” informasiya agentliyinə müsahibə verib.

AZƏRTAC müsahibəni təqdim edir.

- Anar müəllim, ölkəmizin ev sahibliyi etdiyi Formula-1 yarışları artıq başlamaq üzrədir. Sizcə, yarışlara hazırlıq işlərini necə qiymətləndirmək olar?

- Azərbaycan artıq ikinci ildir ki, Formula-1 yarışlarına ev sahibliyi edir. Builki yarışlar Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsidir və Azərbaycan Qran-Prisi adlanır. Ötən il olduğu kimi, bu il də yarışların yüksək səviyyədə, təhlükəsiz şəraitdə keçirilməsi üçün bütün lazımi tədbirlər görülüb.

Reqlamentə uyğun olaraq, yarışların keçirilməsi ilə bağlı işlər Beynəlxalq Avtomobil Federasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Məsuliyyət bölgüsünü və təhlükəsizlik məsələlərini əhatə edən müqavilələr imzalanıb, Formula-1 Azərbaycan Qran-Prisinin beynəlxalq yarış təqviminə salınması üçün rəsmi prosedurlar həyata keçirilib, tələb olunan tibbi avadanlıq və yarış halqasının təhlükəsizliyinin daha da artırılması sahəsində görülmüş işlər barədə zəruri arayışlar Azərbaycan Avtomobil Federasiyası tərəfindən Beynəlxalq Avtomobil Federasiyasına təqdim olunub.

Təşkilati işlər ötən il olduğu kimi, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti tərəfindən Azərbaycan Avtomobil Federasiyası ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. Yarışların əməliyyat komandası yaradılıb, 3 mindən çox könüllü işə cəlb edilib, geniş təbliğat kampaniyası aparılıb və yarış halqasının qurulması üzrə işlər görülüb. İnanıram ki, bu işə cəlb olunmuş komandanın bütün üzvləri təlimlərdə və iştirak etdikləri yarışlarda topladıqları təcrübəni bütünlüklə istifadə edərək yarışların uğurla keçirilməsinə öz töhfələrini verəcəklər.

- Bizdə olan məlumata görə, yarışların keçirilməsi ilə bağlı bütün məqamlarda yerli kadrlar fəaliyyət göstərir.

- Təşkilat heyəti, yarış rəsmiləri və avtoidman marşalları, əsasən, yerli mütəxəssislərdən ibarətdir. Təbii ki, bu, çox fərəhləndirici haldır. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin dəstəyi ilə bütün zəruri təlimlərdən keçən yarış rəsmiləri və marşallara Azərbaycan Avtomobil Federasiyası tərəfindən beynəlxalq avtoidman lisenziyası verilib. Bu lisenziya ilə onlar təkcə Azərbaycanda deyil, ümumiyyətlə, Beynəlxalq Avtomobil Federasiyası tərəfindən keçirilən beynəlxalq yarışlarda iştirak imkanı əldə etmiş olurlar. Digər ölkələrin avtomobil federasiyaları ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Avtomobil Federasiyası tərəfindən marşallarımız təcrübə toplamaq məqsədilə bir neçə ölkədə keçirilən Formula-1 yarışlarına göndəriliblər. Onlar iştirak etdikləri bütün yarışlarda peşəkarlıqları ilə seçiliblər. Marşallarımızın bu il ərzində də daha bir neçə ölkəyə ezam olunmaları nəzərdə tutulur.

- Formula-1 yarışları ərəfəsində adətən digər yarış seriyalarından ibarət dəstək turnirləri da keçirilir. Bu il də belə plan varmı?

- Bu il Azərbaycan Formula-1 yarışı ilə eyni günlərdə keçirilən Formula-2 yarışına da ev sahibliyi edəcək. Bu, əsasən, daha gənc pilotların iştirak etdiyi yarış seriyasıdır. Həmin yarışlarda uğurlu çıxış edən pilotlar gələcəkdə Formula-1 yarışlarında iştirak imkanı qazanırlar. Məhz bu səbəbdən bu yarışlar bir çox hallarda kifayət qədər gərgin mübarizə şəraitində keçir.

- Bilirik ki, Azərbaycan Avtomobil Federasiyası yol hərəkəti təhlükəsizliyi məsələsinə xüsusi diqqət ayırır. Yarış ərəfəsində də bu sahədə hansısa tədbirlər görülübmü?

- Azərbaycan Avtomobil Federasiyası Beynəlxalq Avtomobil Federasiyası ilə yol hərəkəti təhlükəsizliyinin artırılması sahəsində əməkdaşlıq çərçivəsində mütəmadi olaraq genişmiqyaslı təbliğat kampaniyaları aparır. Formula-1 yarışı günlərində də ictimaiyyətin diqqətinin bu yarışlara yönəldiyini nəzərə alaraq, Federasiya tərəfindən yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı tədbirlər həyata keçirilir.

Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə məşhur idmançıların, mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Formula-1 yarışları ərəfəsində aparılan dünya miqyaslı təşviqat kampaniyasının ölkəmizdə də həyata keçirilməsinə başlanılıb. Şəhərin bir sıra yerlərində bu kampaniyaya aid təbliğat-təşviqat materialları yerləşdirilir. Layihənin məqsədi sürücüləri avtomobil idarə edərkən daha diqqətli olmağa və yol hərəkəti qaydalarına riayət etməyə çağırmaqdır. #3500lives (#3500həyat) devizi altında keçirilən kampaniya hərəkət iştirakçılarına hər gün dünyada yol-nəqliyyat hadisələri nəticəsində orta hesabla 3500 insanın həlak olduğunu xatırladaraq, qəzaların qarşısının alınmasının hərəkət iştirakçılarının öz əlində olduğunu göstərir.

- Formula-1 Azərbaycan Qran-Prisinin nəticələri ilə bağlı proqnozlarınızı da bilmək istərdik.

- Təbii ki, qış aylarında hazırkı idman mövsümünə hazırlıqları daha uğurla həyata keçirən və favoritlər qismində çıxış edən komandalar var. Amma hər bir idman yarışında olduğu kimi, burada da dəqiq proqnoz vermək qeyri-mümkündür.

Biz öz növbəmizdə, yarışın maraqlı və sağlam mübarizə şəraitində keçəcəyinə ümid edərək iştirakçılara uğurlar arzulayırıq.

- Ötən il beynəlxalq mətbuatda ölkəmizin ev sahibliyi etdiyi yarışların çox yüksək səviyyədə təşkil olunması haqqında məqalələr geniş yer almışdı.

- Formula-1 Azərbaycan Qran-Prisinin 2016-cı ildə ölkəmizdə ilk dəfə keçirilməsinə baxmayaraq, yarışlar Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini dünyaya bir daha nümayiş etdirdi. Təbii ki, bu, ölkəmizin son illər ərzində müxtəlif beynəlxalq tədbirlərin təşkilində əldə etdiyi təcrübədən irəli gəlir.

Beynəlxalq Avtomobil Federasiyası Formula-1 komandaları və pilotları, müstəqil ekspertlər və jurnalistlər hazırlıq işlərinin və təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə həyata keçirilməsini, təşkilati işlərə cəlb olunmuş komandanın peşəkarlığını, şəhər sakinlərinin qonaqpərvərliyini yüksək qiymətləndiriblər. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın əldə etdiyi böyük bir nailiyyətdir.

Müqəddəs Ramazan bayramı ərəfəsində təşkil olunan Formula-1 Azərbaycan Qran-Prisi şəhərimizə xüsusi ovqat bəxş edib. Sevindirici haldır ki, xalqımız, xüsusilə də Bakı əhalisi bu tədbiri böyük həvəslə gözləyir və yarışların ən yüksək səviyyədə keçirilməsinə öz töhfəsini verməyə çalışır. Əminəm ki, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, xalqımızın qonaqpərvərliyi, səmimiliyi və sülhsevərliyi həmişə olduğu kimi, buraya gələn bütün qonaqlarda xoş təəssürat yaradacaq.

Mən bütün iştirakçılara qələbə sevinci arzulayıram. Azərbaycan xalqını isə qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasa tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb