SİYASƏT


Anar Eyvazov: Azərbaycan Ordusu yaşayış məntəqələrini atəşə tutmur, yalnız legitim hərbi hədəfləri məhv edir VİDEO

Bakı, 5 noyabr, AZƏRTAC

Ötən sutka ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində və cəbhənin müxtəlif istiqamətlərində yerləşən mövqelərimizi, həmçinin Goranboy, Tərtər, Ağdam və Ağcabədi daxil olmaqla, bir sıra yaşayış məntəqələrimizi atıcı silahlardan, top və minaatanlardan atəşə tutub. Düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov noyabrın 5-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

Mətbuat katibi qeyd edib ki, əsasən Ağdərə və Xocavənd istiqamətlərində davam edən döyüşlərdə düşmənin hücumlarının, Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu hissəsində isə diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Tərtər istiqamətində endirilən artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu darmadağın edilib.

Anar Eyvazov deyib ki, Ali Baş Komandanın rəhbərliyi ilə aparılan əks-hücum əməliyyatı nəticəsində məğlubiyyətə məhkum edilmiş Ermənistan çıxış yolunu yenə də yanlış olaraq dezinformasiya və feyk məlumatlar yaymaqda görür. Ermənistandan fərqli olaraq, biz Azərbaycan xalqına və dünya ictimaiyyətinə Ordumuzun uğurları barədə döyüş meydanında müasir avadanlıqlarla çəkilmiş foto və videogörüntülər əsasında məlumat çatdırırıq. Bu video təsvirlərdə aydın şəkildə görünür ki, Azərbaycan Ordusu yaşayış məntəqələri və mülki infrastrukturu atəşə tutmur, dəqiq zərbələrlə yalnız legitim hərbi hədəfləri məhv edir.

“Hazırda qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir. Qələbə bizimlədir”, - deyə Anar Eyvazov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.