Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Anar Eyvazov: Ermənistan silahlı qüvvələrinin sərhədyanı ərazilərdə hücum və təxribatları davam edir VİDEO

Anar Eyvazov: Ermənistan silahlı qüvvələrinin sərhədyanı ərazilərdə hücum və təxribatları davam edir VİDEO

Bakı, 14 sentyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları ilə əlaqədar sentyabrın 14-də Müdafiə Nazirliyində brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov media nümayəndələrinə əməliyyat vəziyyəti barədə məlumat verib.

Bildirilib ki, son dövrlər ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Laçın, Gədəbəy, Daşkəsən və Zəngilan rayonları istiqamətlərində təxribatları, o cümlədən dövlət sərhədi yaxınlığında hücum təyinatlı texnikaları cəmləşdirməsi bu ölkənin niyyətini açıq şəkildə göstərirdi.

Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə verilən məlumatlarda artıq bildirilirdi ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun bölmələrini intensiv və sistematik qaydada atəşə məruz qoyur. Eyni zamanda, Azərbaycan Respublikası sərhədləri boyunca bu təxribatların artması artıq Azərbaycan Ordusuna bir mesaj idi. Müdafiə nazirinin müvafiq göstərişinə uyğun olaraq Azərbaycan Ordusu daim hər bir təxribatın qarşısını almağa hazır vəziyyətdədir. Sentyabrın 12-si gecə saatlarından Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın istiqamətlərində ərazi relyefi və dərə boşluqlarından istifadə edərək bölmələrimizin arxasına sızaraq ətrafı, eyni zamanda, təminat yollarını minalamağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən onlar aşkarlanıb.

Qeyd olunub ki, Ordumuzun bölmələri tərəfindən dərhal zəruri tədbirlər həyata keçirilib. Nəticədə qarşıdurma baş verib. Ermənistan silahlı qüvvələri Azərbaycanın Daşkəsən, Kəlbəcər, Laçın rayonları ərazisində yerləşən mövqelərini, eyni zamanda, Kəlbəcər, Laçın rayonlarında infrastrukturun bərpa edilməsi məqsədilə cəlb olunmuş mülki işçiləri intensiv olaraq artilleriya qurğularından, minaatanlardan və müxtəlif çaplı silahlardan atəşə tutublar.

Sentyabrın 13-ü səhərə qədər davam edən qarşıdurma nəticəsində Silahlı Qüvvələrimizin bir qrup hərbi qulluqçusunun ölkəmizin ərazi bütövlüyü uğrunda böyük şücaət və qəhrəmanlıq göstərərək şəhid olduğunu deyən Anar Eyvazov Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhid olan hərbi qulluqçularımızın yaxınlarına və ailə üzvlərinə səbir, şəhidlərimizə Allahdan rəhmət diləyib.

Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı qeyd etdiyi kimi, şəhidlərimizin qanı yerdə qalmadı: “Toqquşma zamanı Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulub, təxribata cəlb olunmuş canlı qüvvəsi, texnikası böyük itkilər verərək geri çəkilməyə məcbur edilib. Təəssüflər olsun ki, Ermənistan Azərbaycanın keçirdiyi “Qisas” əməliyyatı və xüsusilə Vətən müharibəsindən nəticə çıxarmayıb. Ermənistan silahlı qüvvələri sentyabrın 13-ü saat 09.00-da əldə edilən atəşkəs razılaşmasına əməl etməyərək yenə də təxribatlarını, çirkin əməllərini davam etdiriblər. Nəticədə sutka ərzində Ermənistanın Qarakilsə rayonunun Vağudi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ağır artilleriya, eyni zamanda minaatan və müxtəlif çaplı atıcı silahların zərbələrinə məruz qalıb.

Ötən gün və gecə saatlarında müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açan erməni silahlı qüvvələri, eyni zamanda Kəlbəcər və Laçın rayonlarında mülki, infrastruktur və bərpa-quruculuq işlərinə cəlb olunan mülki işçilərə təhdid yaradıb. Basarkeçər rayonunda yerləşən Ermənistan silahlı qüvvələrinə məxsus D-30 və D-20 toplarından Yuxarı Şorca, Aşağı Şorca və Zərkənd istiqamətlərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində olan bölmələrimiz artilleriya zərbələrinə məruz qalıblar. Eyni zamanda, Kəlbəcər, Laçın və Daşkəsən rayonları ərazində yerləşən mövqelərimiz də D-30 və D-20 toplarına və 82 millimetrlik minaatanlardan da atəşə məruz qalıb. Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri və adekvat cavab tədbirləri həyata keçirilib”, - deyə rəis müavini diqqətə çatdırıb.

Qeyd edib ki, qarşı tərəf canlı qüvvə və texnika baxımından ciddi zərbə alıb: “Hazırda vəziyyət gərgin olaraq qalır. Əməliyyat şəraiti Ordumuzun tam nəzarəti altındadır. Təəssüflə bildirirəm ki, bizim də itkilərimiz var. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Ermənistan mətbuatında, sosial şəbəkələrində kütləvi şəkildə yalan məlumatlar, foto-video materiallar dərc olunduğunu söyləyən Anar Eyvazov ictimaiyyəti yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə və qarşı tərəfin dezinformasiyalarını tirajlamamağa çağırıb. Ermənistan tərəfindən müxtəlif dezinformasiyalarla Azərbaycan Ordusu tərəfindən guya mülki obyektlərə, yaşayış evlərinə, mülki şəxslərə qarşı atəş aşılması barədə məlumatlar verilir. “Ermənistan informasiya məkanında müxtəlif xəbərlər yayılır. Azərbaycan Ordusu tərəfindən guya təcili tibb maşını vurulub, Rusiya Silahlı Qüvvələrinin obyekti hədəfə alınıb. Bunlar hamısı dezinformasiyalardır. Ermənistan bu cür məlumatları yaymaqla Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlara beynəlxalq don geyindirmək və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da öz çirkin əməllərinə alət etmək məqsədi güdür”, - deyə o əlavə edib.

Qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin təxribatının uğursuzluğundan təşvişə düşən bu ölkənin hərbi rəhbərliyi Azərbaycan-Ermənistan dövlət sərhədi boyu yerləşən bölmələrini, silah və döyüş texnikasını yaşayış məntəqələrindəki bina və mülki infrastruktur obyektlərinin yaxınlığında və Ermənistan ərazisinin dərinliklərində tərtiblənməsinə əmr verib.

Həmin məntəqələrdən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla Ermənistan bu atəş nöqtələrini legitim hərbi hədəflərə çevirməyə və qəsdən hərbi əməliyyatların əhatə zonasını genişləndirməyə çalışır.

Nazirliyin rəsmisi bir daha bəyan edib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki obyektlər hədəfə alınmır və yüksək dəqiqlik silah və vasitələrlə qarşı tərəfin yalnız legitim hərbi hədəfləri, atəş nöqtələri məhv edilir.

Anar Eyvazov: Ermənistan silahlı qüvvələrinin sərhədyanı ərazilərdə hücum və təxribatları davam edir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə XİN Azərbaycan-Ermənistan dövlət sərhədi ilə bağlı əldə edilən razılaşma barədə bəyanat yayıb

İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib

Dörd kəndin qaytarılması Prezident İlham Əliyev başda olmaqla Azərbaycan diplomatiyasının növbəti uğurudur - ŞƏRH

Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib

Qızılhacılı kəndinin sakinləri doğma yurdlarının qaytarılmasının sevincini yaşayırlar

Nəcəf Aydınoğlu: Narkotacirlərin texniki işçiləri və hakerləri də olur

İranın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır

Moskva Dövlət Linqvistika Universiteti nəzdində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi 15 illik yubileyini qeyd edib

Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür

Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO

Şəkidə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

WP: ABŞ Ukraynaya hərbi yardım paketini Konqresin təsdiqindən dərhal sonra çatdıra bilər

Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər

Təhqiqat qrupunun rəisi: Narkoadminlərin Azərbaycandakı havadarlarının aşkarlanması üçün zəruri addımlar atılır

“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb

DİN nümayəndəsi: Azərbaycana narkotik vasitələr daha çox cənub sərhədlərindən, əsasən İrandan gətirilir

Moskvada görkəmli azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçirilib VİDEO

Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib

İsa Həbibbəyli: Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var

Naxçıvanda 1969-1987-ci illərdə 21 iri sənaye müəssisəsi istifadəyə verilib

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib

“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb

“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib

“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir

Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq

Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində SOCAR və BP şirkətlərinə səfərlər təşkil edilib

Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib

“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır

Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO

Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub

Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

“Murov Az Terminal”ın kapitanı: “Neftçi”ni məğlub edərək finala çıxmaq sürpriz deyildi

Qeyri-anklav kəndlərin geri qaytarılması Fransa və digər Qərb dövlətlərinin Azərbaycanla bağlı əsassız iddialarını da ifşa etdi - RƏY

DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməyi labüddür

Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar

Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər

Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb

Nigar Arpadarai: Bütün tərəfdaşların COP29-a böyük marağı var VİDEO

Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq VİDEO

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Medianın İnkişafı Agentliyi Ermənistanın və bir sıra digər ölkələrin media resurslarında dərc olunan əsassız məlumatlarla bağlı açıqlama yayıb

Azərbaycan Liqası: Çempionluğa iddialı komandalar Mingəçevirdə üz-üzə gələcək

ICESCO üzv ölkələri gənclərin və qadınların innovativ bacarıqlarını artırmağa çağırıb

Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir YENİLƏNİB VİDEO

Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub

Azamat Ziyo: Özbəkistan Qafqaz Albaniyasının irsinin araşdırılmasına qrantlar ayırmağa hazırdır

Lənkəran şəhərində qanunsuz tikililər sökülüb VİDEO

Gələcəkdə mediasiya xidmətlərindən ödənişsiz yararlanacaq imtiyazlı şəxslərin sayı artırıla bilər

UNESCO: Gender bərabərliyi üzrə qlobal fəaliyyət zəifləyir

Şəki Dövlət Dram Teatrı tezliklə teatrsevərlərə “Kuraj ana və uşaqları” tamaşasını təqdim edəcək

Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub

Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb

Qazaxın dörd kəndinin qaytarılması Azərbaycan Prezidentinin növbəti qələbəsidir ŞƏRH

“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO

Sumqayıt Tibb Mərkəzi ən çox şəhid ailəsi üzvlərini işlə təmin edib

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib

BMT-nin Davamlı Enerji Onilliyinə yekun vurulub

Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb

AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib

Bakıda xanım tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs barədə cinayət işi açılıb

“Rik və Morti” animasiya serialının rəssamı “GameSummit 2024” üçün Bakıya gəlir

Hulusi Kılıç: Türkiyə, Azərbaycan və Rusiya Qafqaz regionunda sülh naminə əməkdaşlıq edirlər

Azərbaycan və Qazaxıstan tarixçiləri iki ölkə arasında tarix assosiasiyası yaratmaq niyyətindədirlər

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

“Sabahın alimləri” müsabiqəsində Şəki-Zaqatala bölgəsinin 6 məktəblisi uğur qazanıb

Barbadosun Baş naziri: COP prezidentləri üçlüyünün yaradılmasını yüksək qiymətləndiririk VİDEO

Aslan Kərimov: Rinat Abdaşov hava limanından otelə qədər başı şampunlu getdi

Aynur Sofiyeva: Ailədaxili münaqişələrin 70 faizini mediasiya vasitəsilə həll etmək mümkündür

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Almaniya 2022-ci ildə təhsil və tədqiqat işlərinə 370 milyard avro xərcləyib

ABŞ qoşunlarını Nigerdən çıxarmağa razıdır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Macarıstanın Baş naziri yenə də Aİ rəhbərliyini istefaya çağırıb

Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ABŞ xaricdə izləmə proqramının fəaliyyətini daha iki il uzadır

Rəvan Həsənov: Niyyətimiz Qafqaz Albaniyasının tarixinin yalnız elmi müstəvidə öyrənilməsidir

Ötən gün 5,8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Rusiyalı üç paraşütçü stratosferdən Şimal Qütbünə enib VİDEO

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

Reabilitasiya Mərkəzinin uşaqları Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb

Bu il mediasiya təşkilatlarına ailədaxili mübahisələrlə bağlı 10 mindən çox müraciət daxil olub

Azərbaycan BMT ilə əlaqələri və COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib

I Türk Dövlətləri Kardioloji Qurultayı ölkələrin tibb icmaları arasında əlaqələrin yeni mərhələyə keçdiyinin göstəricisidir

Ötən gün Xankəndi şəhərində 7 avtomat silahı və digər sursatlar aşkarlanaraq götürülüb

Qazaxın kəndlərinin qaytarılması barədə razılıq Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin realizəsidir ŞƏRH

Ərəb mediası Ermənistanın 4 kəndi Azərbaycana qaytarması barədə xəbərlər dərc edib

COP29-un prezidenti: İqlim dəyişikliyi ilə mübarizədə maliyyə məsələsinin Azərbaycanda geniş müzakirə olunmasına böyük maraq göstərilir VİDEO

Nəsibə Zeynalovanın anadan olmasının 108-ci ildönümü tamam olur

Azərbaycan neftinin qiyməti artıb

ABŞ-da IEA ilə enerji səmərəliliyi və COP29 üzrə əməkdaşlıq müzakirə edilib

Birinci Türk Dövlətləri Kardiologiya Qurultayı əhaliyə göstərilən səhiyyə xidmətlərinin artırılmasına töhfə verəcək

Kamal Abdulla: Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər

Premyer Liqa: “Qəbələ” “Qarabağ”ın, “Neftçi” “Zirə”nin qonağı olacaq

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub