MƏDƏNİYYƏT


Anar Kərimov ABŞ-da Hüseyn Cavidin barelyefinin açılışında iştirak edib

Bakı, 4 may, AZƏRTAC

Mədəniyyət naziri Anar Kərimov ABŞ-a rəsmi səfəri çərçivəsində Hüseyn Cavidin barelyefinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, barelyef Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb. Böyük mütəfəkkirin barelyefinin təqdimatı Amerika-Azərbaycan Ticarət Palatasının binasında reallaşıb.

Mədəniyyət naziri Vaşinqton Tekstil Muzeyinə də baş çəkib. Eksponatlarla tanışlıq zamanı direktor köməkçisi Ana Kiss A. Kərimova muzeyin fondunda qorunan Azərbaycan dövlətinin hədiyyə etdiyi xalça və tekstil nümunələri haqqında da məlumat verib. Həmçinin nazirlik tərəfindən muzeyin fonduna Şirvan xalçası nümunəsi təqdim olunub.

Anar Kərimov “Xarıbülbülün səsi” adlı xeyriyyə konsertində də iştirak edib. Konsertin təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Amerika-Azərbaycan Ticarət Palatası, ABŞ-ın Marşal İrsi İnstitutu ( The Marshall Legacy İnstitute) və ölkəmizin ABŞ-dakı səfirliyidir.

Konsertdə azərbaycanlı musiqiçilərin ifasında bir sıra rəngarəng ifalar təqdim edilib.

Xatırladaq ki, tədbirdən əldə olunan maddi vəsait Qarabağ ərazisində minaaxtaran itlərin təlimləndirilməsi üçün ABŞ-ın Marşal İrsi İnstitutunun hesabına köçürüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.