Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Anar Kərimov: İki sosial paketin birlikdə əhatə dairəsi əhalinin 40 faizini təşkil edir

Anar Kərimov: İki sosial paketin birlikdə əhatə dairəsi əhalinin 40 faizini təşkil edir

Bakı, 5 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən ikinci böyük sosial tədbirlər paketi həyata keçirilməyə başlayır. Həmin paketdə hər bir kateqoriya üzrə əməkhaqqının artırılması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib: “Sentyabrın 1-dən Azərbaycanda minimum əməkhaqqı 250 manat oldu. Bu, əhalinin gəlirlərinin gücləndirilməsi baxımından çox vacib və əhəmiyyətli bir addımdır. Məlum olduğu kimi, bu ilin əvvəlində minimum əməkhaqqı 130 manat idi. Bundan sonra birinci islahat paketi çərçivəsində həmin məbləğ 180 manata, sentyabrın 1-dən isə 250 manata çatdırıldı. Bu, minimum əməkhaqqının orta yaşayış minimumunu 40 faiz üstələməsi deməkdir. Əgər birinci islahat paketi nəticəsində minimum əməkhaqqı təqribən 600 min nəfəri əhatə etmişdirsə, ikinci islahat paketi nəticəsində 950 min nəfər əhatə olunur. Onun 600 min nəfəri dövlət, 350 min nəfəri özəl sektorda çalışır. Artımların miqyasını təsəvvür etmək üçün bəzi rəqəmləri xatırlatmağa ehtiyac var. Birinci islahat paketi nəticəsində muzdla çalışanların 40 faizinin əməkhaqqında artım edilmişdi, son islahat paketi onların 63 faizini əhatə edəcək. Ümumilikdə iki artım nəticəsində Azərbaycanda minimum əməkhaqqı 93 faiz artıb. Bu, MDB məkanında minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə ikinci göstəricidir. 2018-cu ildə ölkəmizdə orta əməkhaqqı təxminən 540 manat idisə, son artım nəticəsində həmin rəqəm 625 manata yaxın olacaq.

İkinci sosial paketin tətbiqi özəl sektorda da işçi qüvvəsinin cəlb olunması üçün əlavə stimul yaradır. Son altı ayın statistikasına nəzər yetirəndə bu sahədə müsbət tendensiyanı görmək mümkündür. Məsələn, ilk növbədə əmək müqavilələrinin sayı təqribən 7 faiz artıb. Bəzən minimum əməkhaqqının artımının qeyri-məşğulluğun artımına səbəb olduğunu düşünürlər, lakin rəqəmlər bunun əksini göstərir. Digər tərəfdən əməkhaqqı fondunda 18 faiz artım yaranıb. Bu, özəl sektorda 23 faiz artım deməkdir. Bu, gələcəksə sosial sığortaların yığımına da müsbət təsir göstərir, çünki bəzən sosial islahatlara xərclənən vəsaitin büdcəyə əlavə yük olduğunu düşünürlər. Lakin biz sosial islahatlara sərf olunan vəsaitin yenidən büdcəyə qayıdacağını görəcəyik və bu, islahatların növbəti mərhələlərini də uğurla aparmağa imkan verəcək.

Hər islahatın uğur meyarlarından biri onun ardıcıl şəkildə aparılmasıdır. Avropa İnkişaf və Əməkdaşlıq Təşkilatının son hesabatlarına görə, sosial sahədə ardıcıl şəkildə islahat aparmağa 40 dövlət arasında yalnız Polşa, Çexiya və Finlandiya kimi ölkələr nail ola bilib. Azərbaycanın da həmin sırada olması qürurverici haldır. Əgər sosial sahədə həyata keçirilən islahatlara nəzər yetirsək, aydın olar ki, ilin əvvəlində aparılan islahatlar daha çox pensiya, müavinət və təqaüdlərin artımına yönəldildi və 3 milyon nəfəri, başqa sözlə desək, ölkə əhalisinin 30 faizini əhatə etdi. İki sosial paketin birlikdə əhatə dairəsi isə əhalinin 40 faizini təşkil edir. Onu da qeyd edim ki, sosial sahədə aparılan bu islahatların iqtisadi inkişafa mənfi təsir göstərəcəyi, inflyasiyaya təkan verəcəyi barədə fikirlər mövcud idi. Lakin statistika göstərir ki, son altı ayda inflyasiya təqribən 2-3 faiz civarındadır. Ölkəmizdə ümumi inkişaf meyarlarına baxsaq, onları inflyasiya və digər tendensiyalarla müqayisə edəndə 2019-cu ilin uğurlu il olduğunu görərik”.

Pensiyaların artımı barədə danışan nazir müavini deyib: “Əgər pensiyalar martın 1-dən 160 manata çatdırılmışdırsa, oktyabrın 1-dən həmin məbləğ 200 manata qaldırılacaq. Birinci islahat paketi çərçivəsində təqribən 230 min, ikinci islahat paketi 660 min pensiyaçını əhatə edəcək. Bununla yanaşı müavinət və təqaüdləri də nəzərə alsaq, onda həyata keçirilən islahatlar 300 min əlili, 500 min qaçqını, 100 min tələbəni əhatə edəcək.

Ölkəmizdə əməkhaqqı ödənişi vahid tarif cədvəli və vəzifə maaşları üzrə aparılır. Vahid tarif cədvəlinin 19 dərəcəsi var. Minimum əməkhaqqının artırılması bütün 19 dərəcə üzrə öz təsirini göstərəcək. Bəzi tarif cədvəlləri üzrə artım 70 manat, bəzi cədvəllərdə 100 manat olacağı gözlənilir. Əgər minimum əməkhaqqı 950 min nəfəri əhatə edirsə, xüsusi rütbəlilər və dövlət qulluğunun müxtəlif növləri üzrə çalışanların 400 min nəfər olduğunu nəzərə alsaq, onda 1milyon 350 min nəfərin əməkhaqqı artımından söhbət gedir.

Minimum əməkhaqqının artırılması təxminən 800 milyon manata başa gələcək, müxtəlif dövlət qulluqçularının əməkhaqqının qaldırılması isə 780 min manata yaxın maliyyə vəsaiti tələb edəcək. Bu, ölkəmizin iqtisadi inkişafının uğurlarının bariz nəticəsi və onun sosial islahatların ardıcıl və davamlı aparılmasına ayırdığı diqqətin, eləcə də vətəndaşların rifah halına göstərdiyi qayğının danılmaz ifadəsidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 mindən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

ACE platformasından neft hasilatına başlanılıb

Azərbaycan klubları Superkubok oyununun bərpa olunmasını istəyir - ARAŞDIRMA

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib

Naxçıvan şəhərində evdə baş verən yanğın söndürülüb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib

Nazir: Qarabağ Universitetinə proqram rəhbərləri seçilib, əlavə vakant yerlər də açılacaq – EKSKLÜZİV

Daşkənd şəhəri MDB-nin gənclər paytaxtı oldu

NDU-nun kafedra müdiri: Naxçıvanda fiziki məhdudiyyətli uşaqların sayı azalıb

Cari ilin birinci rübündə ixrac edilən xam neft və neft məhsullarının dəyəri açıqlanıb

Emin Əmrullayev: Dünya universitetlərinin reytinq siyahısında yer almaq üçün ixtisaslaşma vacib rol oynayır

Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb

Birinci rübdə neft koksunun ixracı 7 faizdən çox azalıb

Azərbaycanda Türkiyənin Sığorta Birliyinə bənzər təşkilatın yaradılması nəzərdə tutulur

Məleykə Abbaszadə: Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir - EKSKLÜZİV

“İnfraqırmızı spektroskopiyanın üzvi və qeyri-üzvi birləşmələrə tətbiqi” kitabının VI cildi nəşr olunub

Məhkumluqdan azad olunmasına üç ay qalmış bir qrup şəxsin qiymətləndirilməsi aparılıb

Taksford At Muzeyi onilliyini qeyd edir

Si Cinpin Ukrayna böhranının həlli üçün dörd prinsip təklif edib

Naxçıvanqalanın bərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən ön divarlarından biri uçub

Şərurun Kərimbəyli kəndində yanğın baş verib VİDEO

Energetika naziri: Azərbaycan yaşıl hidrogen üzrə də Aİ üçün etibarlı tədarükçü olacaq

Azərbaycan Premyer Liqasında daha iki turun oyun cədvəli açıqlanıb

“Tesla” 14 min əməkdaşını ixtisar etməyi planlaşdırır

Kopenhagendə birja binasında yanğın baş verib

Tovuzda 23 yaşlı gənc bıçaqlanıb VİDEO

ATƏT-in konfransında Azərbaycandakı multikultural mühit barədə məlumat verilib

“İrAero” Nijni Novqoroddan Bakıya aviareyslər açıb

Zelenski: ABŞ-ın dəstəyi olmadan Kiyevin qələbə şansı yoxdur

Azərbaycan dili üzrə sertifikasiya imtahanı payızda keçiriləcək - EKSKLÜZİV

Həqiqi hərbi xidmətə aprel çağırışı davam edir

Gürcüstanın xarici ticarət dövriyyəsi 6,5 faiz azalıb

Elnur Eltürk: Marneuli “Vikipediya” klubunun üzvləri Azərbaycana aid yüzlərlə məqalə yaradıblar

Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMAN

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident İlham Əliyev: Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək

A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident: Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

On dörd nəfər Bakı məktəblisi buraxılış imtahanında maksimum nəticə göstərib

Prezident İlham Əliyev: Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır

Azərbaycan Prezidenti: Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur

Prezident: Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb

“Lufthansa” bu gündən Təl-Əviv, Əmman və Ərbilə uçuşları bərpa edəcək

Növbəti illərdə Azərbaycan hökumətinin qarşısında duran əsas infrastruktur layihələri açıqlanıb

Prezident: Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir

Taxıl biçini həyata keçirəcək mexanizatorlar üçün təlimlərə start verilir

İsrail XİN 32 ölkəni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb