MƏDƏNİYYƏT
Anar Kərimov Mexikoda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib
Bakı, 28 sentyabr, AZƏRTAC
Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransında ("Mondiacult 2022") iştirak məqsədilə Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində səfərdədir.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nazir Anar Kərimov Mexiko şəhərinin Tlakskoake-Xocalı meydanında yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəyə baş çəkib.
Qeyd edək ki, abidə Mexiko şəhərinin mərkəzində 2011-ci ildə Azərbaycan hökumətinin dəstəyi ilə ucaldılıb.