CƏMİYYƏT
Anar Kərimov: Pensiyaların məbləğinə görə Azərbaycan MDB ölkələri arasında ilk yerlərdən birini tutur
Bakı, 28 sentyabr, AZƏRTAC
Ölkəmizdə aparılan sosial islahatların əsas istiqamətlərindən biri də pensiyaçıların rifahının yaxşılaşdırılmasıdır. Bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov sentyabrın 28-də Milli Məclisdə “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
O, qanun layihəsinin qəbul edilməsinin vacibliyindən danışaraq bildirib ki, sənəd pensiyaçıların rifahının daha da yaxşılşadırılmasını nəzərdə tutur. Eyni zamanda, qanun layihəsinə görə, minimum və orta aylıq pensiyanın məbləğinin yüksəldilməsini nəzərdə tutulur.
“Ölkəmizdə bütün növ pensiyaların məbləği 370 manata yaxınlaşır. Pensiyaların məbləğinə görə Azərbaycan MDB ölkələri arasında ilk yerlərdən birini tutur”, - deyə nazir müavini qeyd edib.