MƏDƏNİYYƏT


Anar Kərimov: TÜRKSOY-un seçimi Şuşanın məhz türk aləminə məxsus olduğunu bir daha sübut etdi

Bursa, 31 mart, AZƏRTAC

Biz tarixi anlar yaşayırıq. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşamızın türk dünyasının mədəniyyət paytaxtı seçilməsi bizi qürurlandırır. Mədəniyyət incisi olan Şuşa həm də Zəfərimizin rəmzi olduğu üçün bu hadisənin əhəmiyyəti daha da artır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Anar Kərimov TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının fövqəladə iclasından sonra jurnalistlərə müsahibəsində deyib.

Otuz ilə yaxın Qarabağda mədəni irsin məhv edilməsinə çalışan ermənilərin niyyətlərinin puça çıxdığını qeyd edən nazir bildirib ki, Şuşa yenidən dirçəlir və həyata qayıdır.

"TÜRKSOY-un tədbiri və seçimi Şuşanın məhz türk aləminə məxsus olduğunu bir daha sübut etdi. İnanırıq ki, Şuşa öz mədəniyyəti, tarixiliyi ilə türk dünyasının mədəni irsinin inkişafına öz sanballı töhfəsini verəcək. Bu mühüm hadisə ilə bağlı xüsusi proqram tərtib olunacaq və hazırlıqlara start veriləcək”, - deyə A.Kərimov bildirib.

Şuşanın 2023-cü ildə bir paytaxt kimi yeniliklərlə yadda qalacağına əminliyini ifadə edən nazir deyib: “İnanıram ki, 2023-cü il həm Azərbaycan, həm də türk dünyası üçün unudulmaz illərdən biri olacaq".

 
Sabir Şahtaxtı
Səadət Hakıyeva
AZƏRTAC-ın müxbirləri
Bursa
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.