MƏDƏNİYYƏT


Anar Kərimov Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri ilə görüşüb

Bakı, 28 oktyabr, AZƏRTAC

“Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiya”nın iclasında iştirak etmək üçün Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Xorvatiyaya səfəri davam edir.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Anar Kərimov Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç Radmanla görüşüb. Görüşdə, həmçinin xarici işlər nazirinin müavini Elnur Məmmədov, ölkəmizin Xorvatiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov iştirak ediblər.

Dəvət üçün nazir Qordan Qrliç Radmana təşəkkürünü bildirən Anar Kərimov ikitətərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Tərəflər energetika və İT sahəsində əməkdaşlığın genişləndirilməsinə dair həyata keçiriləcək bir sıra layihələrdən də söz açıblar. Turizm, mədəniyyət, gənclər və idman eləcə də digər sahələr üzrə birgə həyata keçiriləcək tərəfdaşlığın istiqamətlərindən danışıblar.

Həmçinin Azərbaycanla Xorvatiya əməkdaşlıq perspektivlərinə və Komissiyanın ikinci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.

Görüş zamanı işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsində Xorvatiyanın dəstəyindən söz açan Anar Kərimov bu sahədə aparılan işlərə görə qarşı tərəfə minnətdarlığını bildirib. O cümlədən strateji əməkdaşlıq mövzusunda müzakirə baş tutub.

Anar Kərimov həmkarını "Mədəniyyət naminə sülh" ("Peace4Culture") qlobal kampaniyası ilə bağlı çağırışa qoşulmağa dəvət edib.

Görüş hər iki tərəfi maraqlandıran digər mühüm mövzuların müzakirəsi ilə davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.