MƏDƏNİYYƏT


Anar Kərimov: Xudafərin körpüləri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməyə layiq olan abidələrdir

Bakı, 16 noyabr, AZƏRTAC

Xudafərin körpüləri Azərbaycan memarlıq məktəbinin ən görkəmli nümunələrindən biridir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

O bildirib ki, Xudafərin körpüləri bütün meyarlarına görə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməyə layiq olan abidələrdir: “Bununla əlaqədar olaraq biz artıq nominasiya dosyesinin hazırlanması prosesinə başlamışıq. İlk növbədə, Xudafərin körpüləri UNESCO-nun ilkin siyahısına daxil edilməlidir. Bundan sonra isə Xudafərin körpüləri sərhəd bölgəsində yerləşdiyi üçün İran İslam Respublikası ilə birgə onun Ümumdünya İrs Siyahısına daxil edilməsinə çalışacağıq. Bu, bizim üçün önəmli məsələlərdən biridir. Çünki Xudafərin körpüləri Azərbaycan memarlığının incilərindən hesab edilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.