CƏMİYYƏT


Anar Kərimov reabilitasiya xidmətləri göstərilən qazilərlə görüşüb

Bakı, 27 iyun, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov nazirliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazilərlə görüşüb.

Nazir müavini reabilitasiya xidmətləri göstərilən qazilərimizi 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Zəfər barədə danışıb. O, həmin müharibədə misilsiz döyüş qabiliyyəti nümayiş etdirən Azərbaycan Ordusunun sonsuz qürur hissi doğurduğunu vurğulayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketinin artıq 100 min şəxsi əhatə edərək, onlara 190 min xidmət göstərildiyi qeyd olunub. Bildirilib ki, dəstək tədbirlərinin bir istiqaməti olaraq, Vətən müharibəsi əlillərinin reabilitasiya xidmətləri və vasitələri ilə təminatı işləri aparılır.

Postmüharibə dövründə Agentliyin reabilitasiya mərkəzlərində artıq 2500 qazi reabilitasiya xidmətləri, 1400-dən çox müharibə əlili 19,3 min reabilitasiya vasitəsi. 44 günlük Vətən müharibəsinin 200 qazisi, ümumən 300 müharibə əlili son nəsil müasir protezlərlə təmin edilib.

Qarabağ müharibəsi əlilləri bütün sahələrdə diqqət və qayğı, həmçinin müasir reabilitasiya mərkəzlərində keyfiyyətli bərpa-müalicə xidmətləri ilə əhatə olunduqlarını vurğulayıblar. Müavinət və təqaüdlərinin, pensiyalarının mütəmadi olaraq artırılmasından, məşğulluqlarına göstərilən dəstəkdən razılıqlarını ifadə ediblər.

Qazilər göstərilən diqqətə, qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Görüş zamanı onların rəy və təklifləri də dinlənilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.