Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti TÜRKSOY-un Daimi Şurasının 38-ci iclasında iştirak edib

Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması təklif edilib

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Özbəkistanın Xivə şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Daimi Şurasının 38-ci iclası keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda iştirak edən Özbəkistan Baş nazirinin müavini Aziz Abduhakimov, mədəniyyət naziri Ozodbek Nazarbekov, Türk Şurasının Baş katibi Bağdad Amreyev, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Macarıstanın xarici işlər naziri Peter Siyarto, TürkPA-nın Baş katibi Altınbek Mamayusupov, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Qırğızıstanın mədəniyyət, elm, idman və gənclər naziri Kairat İmanaliyev, Qazaxıstanın mədəniyyət və idman naziri Nurkıssa Dauyeshov və başqalarının çıxışları dinlənilib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov türk dünyasının mədəniyyəti və irsinin qorunması və təşviqinin, türk xalqları arasında həmrəylik və qarşılıqlı anlaşmanın daha da möhkəmləndirməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, türk xalqlarının tarixi-mədəni irsi, ədəbiyyatı, bir sözlə ortaq dəyərlərinin beynəlxalq səviyyədə təbliği qarşıda duran vacib məsələlərdəndir.

Nazir çıxışında 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana göstərdikləri dəstəyə görə TÜRKSOY-a, Türk Şurasına və türkdilli dövlətlərə təşəkkürünü ifadə edib.

Türk dünyasının görkəmli şəxsiyyətlərinin təbliğində TÜRKSOY-un xidmətlərini yüksək qiymətləndirən Anar Kərimov təşkilat tərəfindən Azərbaycanın tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinə göstərilən diqqəti xüsusi vurğulayıb. Bildirib ki, TÜRKSOY-un 2017-ci ilin “Molla Pənah Vaqif İli”, 2018-ci ilin “Qara Qarayev İli”, 2019-cu ilin isə “İmadəddin Nəsimi İli” etməsi, habelə 2020-ci ildə Həsən Seyidbəyli və 2021-ci ildə Mikayıl Abdullayevin 100 illik yubileyləri ilə əlaqədar müxtəlif səpkili tədbirlər yüksək qiymətə layiqdir: “Bu ilin mart ayında Türkiyəyə səfərim çərçivəsində “Nizami Gəncəvi İli”nin açılış mərasimi, SSRİ Xalq rəssamı Mikayıl Abdullayevin 100 illiyinə həsr olunmuş sərginin açılışı və digər tədbirlərin təşkili TÜRKSOY-un türk mədəniyyətinin inkişafı və təşviqindəki müstəsna rolunun göstəricisidir. 2022-ci ilin TÜRKSOY çərçivəsində SSRİ Xalq artisti, görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illiyinə ithaf olunmasını da əhəmiyyətli hesab edirik. Bununla yanaşı, türk dünyası mədəniyyət proqramları çərçivəsində Azərbaycanın qədim mədəniyyət ocaqlarından biri olan Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasını təklif edirik”.

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycan mədəniyyətinin paytaxtı elan olunub: “ICESCO rəhbərinin bu ilin əvvəlində ölkəmizə səfəri zamanı Şuşanın “İslam Mədəniyyətinin Paytaxtı” elan edilməsi ilə bağlı təşəbbüsü irəli sürülüb. TÜRKSOY tərəfindən də Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi Türk-İslam dünyasının Azərbaycanın qədim şəhərinin mədəni zənginliyinə diqqətinin daha bir göstəricisi olacaq”.

Anar Kərimov diqqətə çatdırıb ki, uzun fasilədən sonra bu ilin may ayında Cıdır düzündə – hər bir azərbaycanlı üçün müqəddəs olan Şuşada ənənəvi “Xarıbülbül” festivalı keçirilib: “Biz o günü 30 il səbirsizliklə gözləmişdik, 30 il Vətən həsrəti ilə yaşamışdıq. Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış etdilər və bu onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır.

Bununla yanaşı, 39 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən yenidən bu qədim şəhərimizdə təşkil olundu. 29 ildən sonra həmvətənləri yenidən öz dövrünün böyük şairi, mütəfəkkiri və dövlət xadimi Molla Pənah Vaqifin görüşünə gəldi. Şairin məqbərəsinin yenidən açılışı keçirildi. Prezident İlham Əliyevin Şuşa şəhərini ölkəmizin mədəniyyət paytaxtı elan etməsi, burada “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi təkcə Şuşa şəhərində deyil, bütövlükdə torpaqlarını işğaldan azad etmiş və ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanda mədəni həyatın təntənəsinə çevrildi”.

X X X

Toplantıda rəsmi çıxışlardan sonra TÜRKSOY-un illik hesabatı dinlənilib, Türkiyənin Bursa şəhərinin 2022-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi ilə əlaqədar təqdimat və bununla əlaqədar səsvermə təşkil olunub. Həmçinin TÜRKSOY-un yeni rəhbərinin seçilməsi, normativ-hüquqi sənədlərində bəzi dəyişiklik edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, 2020-ci il üçün Fəaliyyət proqramına salınan təkliflər, TÜRKSOY-da 2022-ci ildə anım ili ilə əlaqədar fikir mübadiləsi olub. “TRT Avaz”ın Türk dünyasının birliyi və onun zənginliklərinin təbliği ilə bağlı təqdimatı keçirilib və TÜRKSOY-un yeni Baş katibin seçilməsi ilə əlaqədar müzakirələr aparılıb.

Toplantının sonunda 2022-ci ildə Bursa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi, TÜRKSOY-a yeni Baş katibin seçilməsinin 2022-ci ilin avqust ayında keçirilməsi, SSRİ Xalq artisti, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100, Türkiyənin tanınmış şairi Süleyman Çelebinin vəfatının 600, Qırğızıstanın Xalq yazıçısı Toktobolot Abdumomunovun anadan olmasının 100 illiklərinin 2022-ci ildə TÜRKSOY miqyasında qeyd olunması, eyni zamanda təşkilatın Daimi Şurasının 39-cu toplantısına Bursanın ev sahibliyi etməsi ilə əlaqədar qərar qəbul edilib. TÜRKSOY Daimi Şurasına sədrlik Özbəkistandan Türkiyəyə keçib.

Toplantının sonunda üzv ölkələr və beynəlxalq təşkilatların nümayəndələrinə hədiyyələr təqdim olunub və ailə fotosu çəkdirilib.

Tədbirdən sonra Anar Kərimov Özbəkistanın “Xorazm” telekanalı, “Özbəkistan 24” və “Bright Uzbekistan” telekanallarına müsahibə verib. Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu bildirən nazir iki ölkənin münasibətlərinin əsasında milli, tarixi və dini faktorların böyük rol oynadığını dilə gətirib. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə dəstək verdiklərini qeyd edib. O, TÜRKSOY təşkilatı çərçivəsində üzv ölkələrin gələcək əməkdaşlıq perspektivlərini də yüksək qiymətləndirib. Anar Kərimov Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsini nəinki Azərbaycan xalqı, həmçinin türk xalqları üçün də tarixi-mədəni hadisə kimi qiymətləndirib. Bildirib ki, Azərbaycan dövləti Şuşa ilə yanaşı, Ermənistan işğalı zamanı digər yaşayış məntəqələrimizdə vandalizmə, dağıntı və mənimsəməyə məruz qalmış bütün tarixi-mədəni abidələri bərpa edəcək. Artıq bu istiqamətdə ardıcıl işlər həyata keçirilir və doğma yurdundan didərgin düşmüş insanların öz torpağına qaytarılması dövlətimizin qarşısında duran prioritet məsələlərdəndir.

Həmin günün sonunda Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekovun adından rəsmi ziyafət verilib. Özbəkistan Dövlət Filarmoniyası nəzdindəki Soğdiyan Xalq Çalğı Alətləri Dövlət Kamera Orkestri ifasında türk xalqlarının musiqiləri, o cümlədən böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun əsərləri səsləndirilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb