Anar Məmmədov: “Ələddinin sehrli çırağı” tamaşası mövsümün sonuna qədər təhvil veriləcək
AzerTAg.az

Bakı, 14 mart, Emil Məlikov AZƏRTAC
Hazırda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında tanınmış uşaq yazıçısı, dramaturq və tərcüməçi Samuil Marşakın “Pişiyin evi” nağılı əsasında hazırladığım eyniadlı tamaşasının məşqləri gedir. Tamaşa bu dəfə rus dilində təhvil veriləcək. Ondan əvvəl Azərbaycan dilində təhvil verilərək, çox bəyənildiyi üçün teatrın bədii şurasının qərarı ilə səhnə əsərinin rus dilində də hazırlanması təsdiqlənib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Anar Məmmədov deyib.
“Repertuarımızda təhvil veriləcək yeni tamaşalar arasında quruluş verdiyim daha bir səhnə əsəri – “Min bir gecə” nağıllarından olan “Ələddinin sehrli çırağı” tamaşası da yer alır. Teatr mövsümünün sonuna qədər bu tamaşa təhvil veriləcək. Planda eləcə də baş rejissor, Əməkdar artist Qurban Məsimovun quruluş verəcəyi “Leylinin arzusu” tamaşası da var. Biz yaxında rejissor Səidə Haqverdiyevanın quruluşunda olan ingilis folkloruna aid “Üç donuz balası” adlı məşhur nağıl-tamaşanı uğurla təhvil verdik. Tamaşa çox maraqla qarşılandı”,-deyə A.Məmmədov bildirib.
Xəbərin mətnində orfoqrafik səhv var