İQTİSADİYYAT


Anar Rzayev: Azad olunmuş ərazilərə səfərlər humanitar inteqrasiyasında mühüm rol oynayacaq

Bakı, 24 yanvar, AZƏRTAC

İşğaldan azad edilən ərazilərə ilk avtobus reyslərinin başlanması hər birimiz üçün əlamətdar hadisədir. Bu səfərlər azad olunmuş ərazilərin sosial, iqtisadi, eləcə də humanitar inteqrasiyasında mühüm rol oynayacaq.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev söyləyib.

Bu marşrutlar üzrə bilet satışında kifayət qədər aktivliyin olduğunu söyləyən xidmət rəisi deyib: "Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.

Şuşaya reyslər cədvəllər üzrə şənbə və bazar günləri həyata keçiriləcək".

Qeyd edək ki, Bakıdan Şuşaya avtobus bileti 10 manat 40 qəpik, Bakıdan Ağdama 9 manat 40 qəpik, Əhmədbəylidən Şuşaya 7 manat, Bərdədən Ağdama 5 manat, Füzuli Beynəlxalq Hava Limanından Şuşaya isə avtobus biletinin qiyməti 6 manatdır.

Marşrut xətlərinə bilet satışı onlayn qaydada “Yolumuz Qarabağa” portalı vasitəsilə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.