REGİONLAR


Anar Xudiyev: Fermerlərə öz kökü üzərində yetişdirilən üzüm tinglərinə üstünlük verməyi tövsiyə edirik VİDEO

Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Fermerlərə tövsiyə”

Bakı, 21 sentyabr, AZƏRTAC

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron ərazisində yerləşən üzümçülük təsərrüfatında 300-dən çox yerli və xarici sortlar yetişdirilir.

Bu barədə AZƏRTAC-a məlumat verən institutun təsərrüfat şöbəsinin müdiri Anar Xudiyevin sözlərinə görə, fermerlərlə birgə keçirilən tədbirlərdə onlara alimlər tərəfindən üzüm sortlarının keyfiyyət göstəriciləri, həmçinin bölgənin torpaq, iqlim şəraiti nəzərə alınaraq ting, şitil seçimi də izah olunur: “Üzüm bağı salmaq istəyən fermerlərə institutun əməkdaşları tərəfindən yetişdirilən üzüm sortlarının tinglərini almaq tövsiyə edilir. Təsərrüfatımızda dünyanın ən məhsuldar, ən keyfiyyətli, salxım və gilələrinin gözəl görkəmi ilə seçilən, o cümlədən qiymətli kişmiş üzüm sortları “Ağ şanı”, “Qara şanı”, “Bayanşirə”, “Şirvanşahı”, “Mədrəsə” sortları, üzüm genefondumuz qorunub saxlanılır”.

Anar Xudiyev fermerlərə öz kökü üzərində yetişdirilən üzüm tinglərinə üstünlük verməyi məsləhət görür: “Fermerlərə öz kökü üzərində yetişdirilən üzüm tinglərinə üstünlük vermələrini məsləhət görərdik. Bu üsulla salınmış bağ xəstəliklərə və iqlimə qarşı dözümlü, həmçinin uzunömürlü və məhsuldar olur. Bölgələrdə fermer üzüm bağı salmaq istəyirsə, mütləq regionun təbii-iqlim şəraitini nəzərə almalıdır. Üzümlüklərdə düzgün sort seçimi və sortöyrənmə yüksək məhsuldarlığın və keyfiyyətin əsasıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.