CƏMİYYƏT


Anasını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Bakı, 21 iyun, AZƏRTAC

Martın 10-da paytaxtın Xətai rayonu ərazisində yerləşən çayxanada xadimə işləyən Mahirə Baxşiyevanın üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər olan meyitinin aşkarlanması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Xətai Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla zərərçəkmişin oğlu Zamin Baxşiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mahirə Baxşiyevanı məişət təyinatlı turistik bıçaqla vuraraq xüsusi amansızlıqla - müstəsna dərəcədə rəhmsizlik və qəddarlıqla ümumilikdə 35 bədən xəsarəti yetirib qəsdən öldürdüyü müəyyən olunub.

Zamin Baxşiyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.