SİYASƏT


“Anatolian Phoenix-2019” təlimləri başa çatıb

Bakı, 24 may, AZƏRTAC 

Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərinə yekun vurulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərin bağlanış mərasimində Türkiyə Milli Müdafiə naziri Hulusi Akar və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler iştirak ediblər.

Türkiyə ordusunun rəhbərliyi təlimlərə qatılan Azərbaycan hərbçiləri ilə də görüşərək onlara sertifikatlar təqdim edib.

Beynəlxalq təlimlərə Azərbaycan Ordusunun 4 hərbi helikopteri və 60 yaxın şəxsi heyəti qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.