SİYASƏT


“Anatolian Phoenix-2022” təliminin ərazisinə baxış keçirilib VİDEO

Bakı, 18 may, AZƏRTAC

“Anatolian Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edən müxtəlif ölkələrin nümayəndələri uçuş tapşırıqlarının yerinə yetiriləcəyi rayonlara baxış keçiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçulara təlimin keçirilmə qaydaları, təhlükəsizlik və təşkilati məsələlərlə bağlı digər mövzularda təlimat verilib.

Həmçinin ərazi ilə tanışlıq məqsədilə praktiki uçuşlar icra edilib. Uçuş zamanı helikopterlərin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi yoxlanılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.