Anbar logistikası üzrə qısamüddətli təlim keçiriləcək
AzerTAg.az
Bakı, 16 may, AZƏRTAC
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi anbar logistikası üzrə təlimə müraciətləri qəbul edir.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, anbar logistikası təlimini keçirməkdə məqsəd bu sahələrdə gənclərin bilik və bacarıqlarını müasir tələblərə cavab verən səviyyəyə qaldırmaq və ölkəmizin beynəlxalq mühitə inteqrasiyasını təmin etməkdir. Keiçiriləcək təlim proqramında anbar logistikası sahəsində dərin biliklərə malik təlimçilər dərs deyəcəklər. Təlim iştirakçılarının sürətli və geniş biliklər əldə etməsi üçün həm nəzəri, həm də praktiki metodlardan istifadə ediləcək. Ümumilikdə 5 günə planlaşdırlan təlimin 2 günlük nəzəri hissəsi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, 3 günlük praktiki hissəsi isə Abşeron Logistika Mərkəzində keçiriləcək.
Təlimlərdə iştirak üçün ərizə qəbulu mayın 23-dək davam edəcək.

Xəbərin mətnində orfoqrafik səhv var